Qurucu Omurtaq xan[1] (bolq. Кан Омуртаг; bilinmir – 831) — Bulqar xanı. 814-831ci illərdə hakimiyyətdə olmuşdur.[2][3] Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, yeni binalar tikilib hazırlanmışdır[4]
Qurucu Omurtaq xan | |
---|---|
bolq. Кан Омуртаг | |
| |
Birinci Bulqar dövlətinin XIV imperatoru | |
814 – 831 | |
Əvvəlki | Krum xan |
Sonrakı | Malamir xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | |
Fəaliyyəti | suveren[d] |
Atası | Krum xan |
Uşaqları |
Malamir xan Enravota Zvinitsa |
Dini | Tenqriçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Omurtaq xanın ilk illərində hakimiyyət 3 qəyyuma aid idi: Dukum, Diçenq və Çoq. Onlar xristianlığın yayılmasının qarşısını almağa çalışırdılar. Bizanslılarla 814-cü ildə baş verən döyüşdə Omurtaq xan qaça bilmiş, bulqarlar məğlubiyyət almışdı. Bizans Franklarla ittifaqa girmək istəyirdi. Omurtaq buna görə də 815-ci il sülhünü imzalamalı oldu. Bu sülhə görə sərhəd müəyyən olundu, həmçinin əsirlər dəyişdirildi. 30 il boyunca davam edəcək olan atəşkəs imzalandı.
818-ci ildə keçmiş Avar xaqanlığı ərazisində slavyanların üsyanı başlamış, franklar tərəfindən dəstək görmüşdü. Omurtaq xan frankları məğlub edərək üsyanı yatırtmışdı.
Bizansla sülh imzalandığı üçün stabil yaşayan ölkədə yenidənqurma işləri başlamışdı.
Xan üsyanlardan sonra qəbilə hakimiyyətini ləğv edərək ölkəni komitatlara böldü. Hər bölgənin komitatı xan tərəfindən təyin olunurdu. Komitatlar öz növbəsində jupilər adlanan mahallara bölünürdü. Paytaxt xüsusi statusa malik idi. Ordu təkmilləşdirildi və qəbilə şəklində bölünməkdənsə sistematik şəkildə say sistemi ilə bölünməyə başladı. Xan kovxan və içirqu-boyul vəzifələrini təsis etdi.
Omurtaq xan dağılmış Pliskanın bərpası və digər şəhərlərin tikintisinə nəzarət etməyə başladı. Bu işlərinə görə ona Qurucu ləqəbi verilmişdir. Yeni saray, Göy Tanrı üçün böyük məbəd, Tarnovo və Çepelar qəsrləri də bu sıraya daxildir.
Omurtaq xan xristianlığın düşməni idi və onları təqib edirdi. Hətta böyük oğlu Enravota xristian olduğu üçün onu vərəsəlikdən çıxartmışdı.
Antarktikanın Livinqston adasında Omurtaq keçidi mövcuddur.