Enravota

Şahzadə Enravota əsl adı Bayan (IX əsrtəq. 833) — Bulqar şahzadəsi, müqəddəs.

Enravota
Rütbə Şahzadə, Müqəddəs, Şəhid
Doğum tarixi IX əsr
Vəfat tarixi
Vəfat yeri Bolqarıstan
Qeyd edilir Bolqarıstan Pravoslav Kilsəsi
Xatirə günü 28 mart

Omurtaq xanın oğlu idi, xristian olduğu üçün taxtdan kənarlaşdırılmışdı. Bir keşiş tərəfindən xristian dininə gətirilmişdi. Qardaşı Malamir xan tərəfindən həbsdə saxlanılan keşişin çıxarılmasını xahiş edən Enravota əvvəlcə xristianlıqdan çıxmağa sövq edilmiş, rədd cavabı verdikdən sonra 833-cü ildə qardaşının əmri ilə edam olunmuşdu. O Bolqarıstan Pravoslav Kilsəsinin ilk şəhidi sayılır.[1]

Antarktikada Enravota buzlağı onun şərəfinə adlandırılmışdır.

  1. "Св. мъченик Боян–Енравота, княз Български". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-21.