Malay Federasiyası (malay Persekutuan Tanah Melayu) — 1948-ci ildən 1963-cü ilə qədər mövcud olan 11 ştatın bir federasiyası (9 Malay sultanlığı və ingilis yaşayış yerləri Pinanq və Malakka) [1]. Paytaxtı — Kuala Lumpur.
Tarixi dövlət | |||||
Malay Federasiyası | |||||
---|---|---|---|---|---|
malay Persekutuan Tanah Melayu malay ڤرسكوتوان تانه ملايو | |||||
|
|||||
|
|||||
Paytaxt | Kuala Lumpur | ||||
Rəsmi dilləri | |||||
Ərazisi |
|
||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1946-cı ildə bu 11 ştatdan vahid ingilis müstəmləkəsi - Malay ittifaqı təşkil olundu [2]. Malay millətçilərinin kəskin mübarizəsi və etiraz çıxışlarının güclənməsi nəticəsində ittifaq tezliklə dağıldı və 1948-ci ilin yanvarından Malay ittifaqı Malay Federasiyası halında təşkil olundu.
Malay ittifaqının tərkibində hüquq və imtiyazlarından məhrum olan Malay sultanları Federasiyanın tərkibində dövlət başçısı mövqelərinin bərpa olunmasına nail oldular. Malay sultanlıqları Böyük Britaniyanın protektoratlıqları oldular, Pinanq və Malakka isə Britaniya müstəmləkə əraziləri kimi qalmaqda davam edirdilər.
31 avqust 1957-ci ildə [3] Federasiya Millətlər cəmiyyətinin tərkibində müstəqillik hüququ əldə etdi və BMT-nin üzvü oldu [4]. .
1963-cü ildə Malay Federasiyası, Sinqapur, Saravak və Şimali Borneo Malayziya dövlətində birləşdilər [5], 9 avqust 1965-ci ildə Sinqapur Malayziyadan ayrılaraq müstəqil dövlət oldu [6].