Malayziya Hava Yolları reys 370

Malayziya Hava Yolları reys 370 — Malayziya Hava Yolları tərəfindən həyata keçirilən beynəlxalq sərnişin reysi idi və 8 mart 2014-cü ildə Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından nəzərdə tutulan təyinat yerinə, Çinin Pekin Paytaxt Beynəlxalq Hava Limanına gedərkən radarlardan itdi.[3] Onun itkin düşmə səbəbi müəyyən edilməyib. [4][5][6]Hadisə, aviasiya tarixində ən böyük sirr hesab olunur və təyyarənin itməsi ilə bağlı ən ölümcül hadisə olaraq qalır.[7]

Malayziya Hava Yolları reys 370
Malaysia Airlines-ın itən 9M-MRO quyruq nömrəli təyyarəsi 2011-ci ildə Paris-Charles de Gaulle Havalımanından uçanda
Malaysia Airlines-ın itən 9M-MRO quyruq nömrəli təyyarəsi 2011-ci ildə Paris-Charles de Gaulle Havalımanından uçanda
Ümumi məlumatlar
Tarix
  • 8 mart 2014
Qəza növü İtmə
Yer
Ölkə
Sərnişin sayı 227
Komanda 12
Yaralı sayı
  • güm. 0
Ölü sayı
Təyyarə
Təyyarə modeli Boeing 777-200ER
Havayolu şirkəti Malaysia Airlines
İstiqamət Kuala Lumpur,MalayziyaPekin,Çin
Uçuş nömrəsi MH370, MAS370
Qeydiyyat nömrəsi 9M-MRO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İtkin düşmüş təyyarə 2012 ildə

227-si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dəniziTayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, SinqapurTaylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı.

Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır. Bu faciə dünya tarixində ən sirli aviasiya hadisələrindən biri sayılır və itmiş təyyarənin taleyi haqqında bir çox fərziyyələr yaranıb.[8]

Hadisənin təfərrüatları

[redaktə | mənbəni redaktə et]

Uçuş və son siqnal

[redaktə | mənbəni redaktə et]

Boeing 777-200ER təyyarəsi Kuala Lumpur Beynəlxalq Hava Limanından yerli vaxtla saat 12:41-də havaya qalxıb[9]. Təyyarədə 227 sərnişin və 12 ekipaj üzvü var idi. Uçuşun təxminən 40-cı dəqiqəsində, yəni təyyarə Malayziya və Vyetnam hava məkanları arasındakı sərhədə yaxınlaşarkən, hava nəzarəti ilə sonuncu əlaqə qurulub.[10] Bundan sonra təyyarə radarların müşahidəsindən çıxıb. Rəsmi radar izləmə məlumatları göstərdi ki, təyyarə Vyetnam hava məkanına daxil olmaq əvəzinə qərbə, Malay yarımadasına doğru dönüb. Daha sonra təyyarənin Hind okeanı istiqamətində uçduğu müəyyən edilib.[11] Axırıncı siqnal təyyarənin avtomatik peyk kommunikasiya sistemi vasitəsilə baş tutub və sonuncu dəfə Hind okeanının cənub hissəsində qeydə alınıb. Təyyarənin itkin düşməsindən sonra genişmiqyaslı beynəlxalq axtarış əməliyyatı həyata keçirildi. [3]Axtarış əməliyyatları əsasən Hind okeanının cənub hissəsində mərkəzləşdi və Malayziya, Avstraliya və Çin tərəfindən idarə olundu. Təyyarə qalıqları yalnız bir neçə il sonra, 2015-ci ildən etibarən Mozambik, Tanzaniya və Reunion kimi Hind okeanının qərb sahillərində tapılıb.[12]

MH370 facisəsi ilə bağlı fərziyyələr

[redaktə | mənbəni redaktə et]

MH370 hadisəsi ilə bağlı çoxsaylı fərziyyələr mövcuddur. [13]Təyyarədə baş verə biləcək mexaniki nasazlıq, yanğın və ya dekompressiya ilə bağlı bir çox fərziyyələr irəli sürülüb. Lakin bu fərziyyələr hadisənin niyə baş verdiyini və təyyarənin istiqamətini necə dəyişdirdiyini izah edə bilmir.[14]

Pilotun qəsdən hərəkət etməsi

[redaktə | mənbəni redaktə et]

Ən geniş yayılmış nəzəriyyələrdən biri budur ki, təyyarənin pilotu və ya ikinci pilotu təyyarənin istiqamətini qəsdən dəyişdirib. Bəzi mənbələrə görə, təyyarənin uçuş marşrutunu dəyişdirmək üçün kifayət qədər bacarığı və təcrübəsi olan kapitan Zahari Əhməd Şah (ing. Zaharie Ahmad Shah) bu istiqaməti bilərəkdən seçmiş ola bilər.[15] Lakin bu iddianı dəstəkləyən dəqiq sübutlar tapılmayıb. Təyyarənin qaçırılması və ya terror hücumuna məruz qalması ehtimalı da araşdırılıb. Lakin bu fərziyyəni sübut edəcək heç bir ciddi dəlil aşkar edilməyib. [16] Uçuş zamanı təyyarənin idarəetmə sistemlərində texnoloji problemlərin meydana çıxması da mümkündür. Lakin bu, təyyarənin uzun müddət boyunca yönləndirilməsi və uçuşunun davam etməsini izah etməkdə çətinlik yaradır.[17]

Rəsmi araşdırmaların nəticəsi

[redaktə | mənbəni redaktə et]

2018-ci ildə Malayziya tərəfindən təqdim edilən son rəsmi hesabatda təyyarənin itkin düşməsinin əsas səbəbinin dəqiq müəyyən edilə bilmədiyi bildirildi. [18]Hesabatda təyyarənin marşrutunu qəsdən dəyişdirən kimsə olduğuna dair ehtimal verilsə də, bu şəxsin kim olduğu və ya niyə belə etdiyi barədə dəqiq məlumat yox idi. [19]Hadisə ilə bağlı kifayət qədər sübut olmadığından, nə baş verdiyini dəqiq öyrənmək mümkün olmadı. MH370 hadisəsi aviasiya sahəsində bir çox dəyişikliklərə səbəb olub. Daha inkişaf etmiş və davamlı izləmə sistemlərinin tətbiqi aviasiyada standartlara çevrildi. Fasiləsiz məlumat qeydlərinin saxlanması və peyk vasitəsilə əlaqənin qorunub saxlanması daha önəmli hala gəldi.[20]

MH370 faciəsi həm texniki, həm də insan faktoru nəzərə alınaraq beynəlxalq aviasiyada təhlükəsizlik tədbirlərini gücləndirmiş və standartları yeniləməyə səbəb olmuşdur.[21]

mini
mini
  1. https://www.nytimes.com/2017/01/19/world/asia/was-ending-the-search-for-malaysia-airlines-flight-370-justified.html.
  2. https://edition.cnn.com/2015/01/29/asia/malaysia-missing-mh370/index.html.
  3. 1 2 MacLeod, Calum; Winter, Michael; Gray, Allison. "Beijing-bound flight from Malaysia missing". USA Today. 8 March 2014. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2014.
  4. "10 aviation Mysteries of Our Time". caaa.com.au. 8 August 2022. 1 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2024.
  5. "'The greatest aviation mystery of all time': what really happened to flight MH370?". theguardian.com. 6 March 2023. 15 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2024.
  6. "Flight MH370: can underwater sound signals solve aviation's greatest mystery?". theconversation.com. 10 June 2024. 10 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2024.
  7. Keith Bradsher; Edward Wong; Thomas Fuller. "Malaysia Releases Details of Last Contact With Missing Plane". The New York Times. 25 March 2014. 25 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2014.
  8. "New missing Malaysian plane MH370 search area announced". BBC News. 26 June 2014. 8 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014. The search for the missing airliner is already among most expensive in aviation history.
  9. "Pilot: I established contact with plane". New Straits Times. AsiaOne. 9 March 2014. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2024.
  10. Spoonts, Sean. ""Alright, Goodnight" – Does Malaysia Want To Know What Happened To Flight MH-370?". SOFREP.COM (Special Operations Forces Report-Special Ops News & Intel). Sean Spoonts. 22 March 2014. 30 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2014.
  11. Sharp, Tim. "Facts About Malaysia Flight 370: Passengers, Crew & Aircraft". livescience.com. Future plc. 17 January 2017. 8 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2019.
  12. "No MH370 Distress Call, Search Area Widened". Aviation Week & Space Technology. 12 March 2014. 21 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2015.
  13. Forsythe, Michael; Schmidt, Michael. "Radar Suggests Jet Shifted Path More Than Once". The New York Times. 14 March 2014. 18 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2015.
  14. Wardell, Jane. "Search for MH370 to be most expensive in aviation history". Sydney: Reuters. 8 April 2014. 14 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2014.
  15. "India Continues Search for MH370 as Malaysia Ends Hunt in South China Sea". The Wall Street Journal. 15 March 2014. 10 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2015.
  16. Rayner, Gordon. "MH370: Britain finds itself at centre of blame game over crucial delays". The Telegraph. 24 March 2014. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2014.
  17. Cenciotti, David. "What we know and what we don't about the mysterious Malaysia Airlines MH370 disappearance". The Aviationist. 11 March 2014. 7 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2014.
  18. "Malaysian Airlines System (MH) No. 370 ✈ 08-Mar-2014 ✈ WMKK / KUL – ZBAA / PEK ✈". FlightAware. 8 March 2014 tarixində arxivləşdirilib.
  19. Koswanage, Niluksi; Govindasamy, Siva. "Exclusive: Radar data suggests missing Malaysia plane deliberately flown way off course – sources". Kuala Lumpur: Reuters. 14 March 2014. 23 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2014.
  20. Kuhn, Anthony. "For Flight 370 Families, Every Day Is 'Torment' : Parallels". NPR. 20 March 2014. 10 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2014.
  21. "MH370 PC live updates / 530 17th March". Out of Control Videos. 17 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 July 2014. Timing of ACARS deactivation unclear. Last ACARS message at 01:07 was not necessarily point at which system was turned off

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]