Maldiv arxipelaqı[1] (mald. ދިވެހިރާއްޖޭގެ އަތޮޅުތައް"ގެ ތާރީޚ) — Hindustan yarımadasından cənub-qərbdə yerləşən ardalar qrupu. Bu adalar qrupunda Maldiv adaları adlı dövlət yerləşir. Ölkənin paytaxtı Male şəhəridir. Arxipelaqın sahəsi 298 km² təşkil edir. 2006-cı ilə olan məlumata görə arrxipelaqda ümumilikdə 298 968 nəfər sakin yaşayır. Atxipelaqın ən böyük şəhəri təbii ki, oaytaxt olan Male şəhəridir. Burada mövcud olan 1196 mərcan adasından yalnız 200 adada yaşayış vardır. Yerdə qalan adalar yaşamsızdır.
Maldiv arxipelaqı | |
---|---|
mald. ދިވެހިރާއްޖޭގެ އަތޮޅުތައް"ގެ ތާރީޚ | |
Ümumi məlumatlar | |
Adaların sayı | 1196 |
Ən böyük adası | Qan |
Yerləşməsi | |
4°10′30″ şm. e. 73°30′32″ ş. u. | |
Ölkə | Maldiv adaları |
Akvatoriya | |
|
«Atol» sözü yerli söz olun «Atolu» kimi səslənir[2][3]. Bu söz ilk dəfə ingilis dilinə daxil olmuş və bütün dünyaya yayılmışdır. O ki, qaldı «Maldiv» sözünə, bu söz «malay adaları» birləşməsinin təhrif olunmuş formasıdır. Belə ki, malaylar həqiqətəndə ada əhalisinin formakaşmasında böyük təsir etmişlər. Malaylar ada sakinlərinin əcdadı sayılır. Digər varintda isə bu söz «Mahal diva» — «Adalar sarayı» kəlməsindən əmələ gəlmişdir. Yerli sakinlər öz ölkələrini «Dvexi Radje» — «Adalar krallığı» adlandırırlar.
Arxipelaq 73° ş.u., 8° ş.e. və 1 °C.e arasında yerləşiradalar müəyyən bir enlik üzə şimaldan cənuba uzanır. Arxipelaqın şimaldan cənuba uzunluğu 750 km, eni isə 120 km təşkil edir. Doqquzuncu dərəcə boğazı ilə Lakkadiv adalarından ayrılır. Arxipelaqın ən ucqar şimal adası Hindistandan 550 km cənubda yerləşir.
Maldiv arxipelaqında yerləşən bütün adalar mərcan məşhhəlidir. Bu adalar sayı bilinməyən mərcanları ölmüş qalıqlarının bir yerə toplanması və onları üzərinin dəniz qumu ilə örtülməsi nəticəsində meydana gəlmişdir. Atollar əsasən bir necə diri mərcanlarla əhatələnmiş kiçik adaların sayəsində yaranır. Rislər arasında boğazlardan hətta iri gəmilər belə keçə bilir. Bu tip adaların hündürlüyü heç vaxt çox olur. Təsadüfü deyildirki srxipelaqın ən hündür nöqtəsi cənub atolu olan Addudadır ki, buda cəmi 2,4 meyr təşkil edir. Arxipelaq ümumilikdə 1196 adadan ibarətdir. Burada yerləşən adaların çoxunun ölçüləri 200×200 metr təşkil edir. Maldiv adalarının ən böyük adası Qandır. Addu atolunda yerləşir.
Maldiv arxipelaqının iqlimi ekvatorialdır. İl ərzində temperatur demək olar ki heç dəyişmir. Əsasən 24-30 °С arasında dəyişir. Mövsümllər müşahidə edilmir. Bitkilərin vegetasiya dövrü il boyu davam edir.
Bitki örtüyü olduqca kasıbdır. Əsasən kakos palması mövcuddur. Əkilər torpaqlar demək olar ki yoxdur. Bununla belə suları balıq, yengəc və xırçənglərlə zəngindir. Dəniz faunasının məşhur canlılarından olan köpək balıqlarına tez-tez rast gəlinir. Adalarda həşəratlardan: iri kəpənəklər, və hörümçəklərə rast gəlmək olur. Üstəlik sıçovulların müxtəlif növləri və kərtənkələlər vardır. İri canlıları isə yoxdur.
Adanın əhalisi Maldivlilərdir. Onlar hind-avropa dil ailəsinə mənsub dildə danışırlar.