Malein anhidridi (sis-etilen-1,2-dikarbon turşusunun anhidridi) – formulu C4H2O3 olan üzvi birləşmədir. Təmiz halda ağ rəngli, romb şəkilli şəbəkəli, kristal maddədir.
Malein anhidridi | |
---|---|
Ümumi | |
Sistematik adı | Malein anhidridi |
Kimyəvi formulu | C4H2O3 |
Molyar kütlə | 98,06 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,48 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 52,8 °S |
Qaynama nöqtəsi | 202 °S |
Buxarın təzyiqi | 0,2±0,1 mmpt. sm. (20 °С) atm |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 108-31-6 |
PubChem | 7923 |
RTECS | ON3675000 |
ChEBI | 474859 |
ChemSpider | 7635 |
Benzolun və digər aromatik birləşmələrin, həmçinin butanın oksidləşməsindən alınır.
Malein anhidridinin ərimə temperaturu 325.85 K, qaynama temperaturu 475 K-dır. Suda malein turşusunun alınması ilə, asetonda, benzolda, toluolda, xloroformda və s. həlledicilərdə həll olur.
1970-ci ildə malein anhidridinin 90% benzoldan, qalan hissəsi əsasən neftin butan-butilen fraksiaysından istehsal olunmuşdur. 1980-ci il üçün benzoldan alınan malein anhidridinin miqdarı 81,3%-ə təşkil etmişdir. Malein anhidridinin istehsalında benzolun sərfinin azalması əsasən onun zəhərli (kanserogen) olması, istehsal həcminin azalması və qiymətinin artması ilə bağlıdır. Malein anhidridinin istehsal texnologiyasının əsasında benzolun, n-butan və ya n-butenlrəin qaz fazada oksidləşməsi prosesi durur. Bütün oksidləşmə prosesləri ekzotermik proseslərdir və ayrılan böyük miqdar istiliyin kənarlaşdırılması tələb olunur. Sənaye miqyasında malein anhidridinin istehsalında butan-butilen fraksiyasından əlavə təmiz butandan da istifadə edilir. Malein anhidridi doymamış poliefirlərin istehsalında monomer kimi geniş tətbiq olunur və məhz strukturlaşa bilən poliefirlər olan tələbat malein anhidridinin istehsalının genişlənməsini müəyyən edir. Malein anhidridinin xammal kimi digər tətbiq sahələrindən biri alkid oliqomerlərinin istehsalı prosesidir və bu monomerdən istifadə etməklə yüksək sıxlıqlı alkid örtükləri alınır. Bundan əlavə, malein anhidridi tetrahidrofuran, armaturlaşdırılmış plastiklər, kənd təsərrüfatında istifadə olunana kimyəvi preparatların alınmasında tətbiq olunur. Sənaye miqyasında malein anhidridinin istehsalında butan-butilen fraksiyasından əlavə təmiz butandan da istifadə edilir[1].
Malein anhidridinin kimyəvi xassələri son dərəcə müxtəlifdir, bu onun yüksək reaksiyaya girmə qabiliyyəti və iki funksional qrupunun olması ilə əlaqədardır.