Malik Bayramov (Malik Yaşa oğlu Bayramov; 15 mart 1964, Bağırlı, Şamaxı rayonu – 8 may 1994, Tərtər rayonu) — Azərbaycan zabiti, baş leytenant, "Azərbaycan Bayrağı" ordeni təltifçisi.
Malik Bayramov | |
---|---|
Malik Yaşa oğlu Bayramov | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bağırlı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Çaylı-Talış, Tərtər rayonu |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Şəhidlər Xiyabanı (Şamaxı) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Baş leytenant |
Təltifləri |
Malik Bayramov 1964-cü il martın 15-də Şamaxının Bağırlı kəndində anadan olub.
Malik Bayramov 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi Hazırlıq və Bədən Tərbiyəsi fakultəsini bitirib. 1992-ci ildən Azərbaycan torpaqlarını azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Cəbrayıl ,Füzuli, Tərtər rayonu istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. Malik Bayramov 1994-cü il mayın 8-də Tərtər rayonu Çaylı-Talış istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub[1].
Malik Bayramov ölümündən sonra Heydər Əliyev tərəfindən 1995-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Şəhid zabit Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub[2].