Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır.[2]
ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur[3].
Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı (yəni Yuxarı Çaylı[4]) və Nerkin Çaylı (yəni Aşağı Çaylı[5]) kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir[6].
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı[7].
2017-ci ildə Çaylı kəndinə 450 metr 6 kV-luq, 2 km 0.4 kV-luq hava xətti çəkilib, 1 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla da 22 il elektrik enerjisiz qalan Çaylı kəndində elektrik enerjisi bərpa olunub.
↑Административное деление АССР. Баку: Издание АзУНХУ. Ответственный редактор ЛЕВИК Л. А. Техредактор АЛЬТШУЛЕР С. Е. Корректора: КУЛИЕВ А. и ЛУКОМНИК Г. 1933. 60 в электронном документе.
↑Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 114.