Maliyyə sabitliyi şurası (ing. Financial Stability Board; abr: FSB) qlobal maliyyə sisteminə nəzarət edən və ona məsləhətlər verən beynəlxalq təşkilatdır. 2009-cu ilin aprel ayında keçirilmiş olan G20-nin London sammitindən sonra Maliyyə sabitliyi forumunun (FSF) varisi kimi yaradılmışdır. Şuraya G20-nin bütün əsas iqtisadiyyatları, keçmiş FSF (keçmiş Maliyyə sabitliyi forumu) üzvləri və Avropa Komissiyası daxildir. Beynəlxalq hesablaşmalar bankı tərəfindən idarə olunan və maliyyələşdirilən direktorlar şurası İsveçrə qanunvericiliyinə əsasən qeyri-kommersiya assosiasiyası kimi yaradılmışdır.[2] Onun qərargahı Bazel şəhərində yerləşir.[3]
Maliyyə sabitliyi şurası Financial Stability Board | |
---|---|
Yaranma tarixi | aprel 2009 |
Mərkəzi | |
fsb.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Maliyyə sabitliyi şurası G20 liderlərinin ilk böyük beynəlxalq institusional yeniliyini nümayiş etdirirdi. ABŞ Maliyyə Naziri Tim Qeytner (ing. Tim Geithne) bunu qlobal iqtisadi idarəetmə arxitekturasının “səmərəli şəkildə fəaliyyət göstərən dördüncü sütunu” kimi xarakterizə etmişdir. Maliyyə sabitliyi şurasının Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatı ilə bərabər fəaliyyət göstərməsi ilə əlaqədar olaraq ona bir sıra mühüm vəzifələr verilmişdir.
Əksər çoxtərəfli maliyyə institutlarından fərqli olaraq, Maliyyə sabitliyi şurasının hüquqi forması və ya hər hansısa bir formal səlahiyyətləri yoxdur, çünki onun nizamnaməsi üzvləri tərəfindən qəbul edilən əməkdaşlıq üçün qeyri-rəsmi və məcburi olmayan anlaşma memorandumudur.[4]