Yerusəlim krallığı


Yerusəlim krallığı[1] — birinci səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdıqları dövlət. XII əsrin əvvəllərində qəti bərqərar oldu. 1291-ci ildə Misir qoşunları Aqra şəhərini tutduqdan sonra Yerusəlim krallığı süqut etdi.

Tarixi dövlət
Yerusəlim krallığı
lat. Regnum Hierosolymitanum
it. Regno di Gerusalemme
ərəb. مملكة بيت المقدس
yun. Βασίλειο της Ιερουσαλήμ
Bayraq Gerb
Bayraq Gerb
Yaxın Şərq 1135-ci ildə; Yerusəlim krallığı və digər səlib dövlətləri.
Yaxın Şərq 1135-ci ildə; Yerusəlim krallığı və digər səlib dövlətləri.
 
 

Paytaxt Yerusəlim (10991187)
Tir (1187—1191)
Akra (1191—1229)
Yerusəlim (1229—1244)
Akra (1244—1291)
Rəsmi dilləri latınca, köhnə fransızcaitalyanca (həmçinin, ərəbcəyunanca da yaylmışdır)
Dövlət dini katolisizm
Əhalisi
  • 565.000 ± 90.000 nəf. (1180)
İdarəetmə forması feodal monarxiya (votçina monarxiyası)
Kral
 • 1100–1118 I Balduin
 • 1118–1131 II Balduin
 • 1131–1152 Melisenda
-1131–1143-vü illərdə Fulk ilə birlikdə
 • 1143-1152-1162 III Balduin
 • 1162–1174 I Amori
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krallıq Yerusəlim krallığı və 3 vassal (əslində müstəqil) dövlətdən – Tripoli, və Elista qraflıqlarından və Antioxiya knyazlığından ibarət idi.

Bu dövlətin ilk başçısı Bulonlu Qodfrey olmuşdur. Ancaq bir ildən sonra ölən Qodfridin yerinə qardaşı Boduin kral taxt-tacına oturdu. Krallığın ərazisi Qüds şəhərindən başqa Beyrut, Qeysəriyyə, Xayfa, Akka, Yaffa, Sayda, Sur şəhərlərindən və Qalileya vilayəti ilə sahil torpaqlarından ibarət idi. Bu krallıq səlibçilərin əsas dövləti idi və ona digərlərinin üzərində süzeren hüquqları verilmişdi. Bu dövləti əhəmiyyətli edən digər amil, Tampliyer və Qospitalyer ordenlərinin mərkəzlərinin burada yerləşməsi ilə bağlı idi.

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 134.