Malta Dövləti (malta Stat ta’ Malta) — müasir Malta Respublikasının sələfi. 21 sentyabr 1964-cü ildən 13 dekabr 1974-cü ilədək mövcud olmuş dövlət. Dövlət rəsmən konsitutsiyalı monarxiya olmuşdur.
Dövlət | |||||
Malta dövləti | |||||
---|---|---|---|---|---|
malta Stat ta’ Malta | |||||
|
|||||
Himn: Mata himni |
|||||
|
|||||
Paytaxt | Valletta | ||||
Dilləri | Malta dili, ingilis dili | ||||
Rəsmi dilləri | Malta dili, ingilis dili | ||||
Valyuta | funt sterlinq | ||||
Ərazisi | 316 km2 | ||||
Əhalisi | 314216 | ||||
İdarəetmə forması | Konstitutsiyalı monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Malta vəliəhd koloniyası İngiltərə Parlamentinin 1964-cü ildə qəbul etdiyi Malta Müstəqillik Qanununa əsasən müstəqil olur. Həmin ilin mayında referendumla təsdiqlənən Maltanın yeni Konstitusiyasına əsasən kraliça II Elizabet Maltanın Kraliçası elan olunur. Onun konstitusiyaya əsasən funksiyaları Malta general qubernatoruna verilir. Dövlətin mövcudluğu dövründə II Elizabet 1967-ci ilin noyabr ayında Maltaya bir dəfə gəlir. İngiltərə Parlamenti tərəfindən Malta Müstəqillik Qanununun qəbul edilməsindən və Malta Konstitusiyasının təsdiqlənməsindən sonra 1964-cü ilin mayında keçirilən referendumda seçicilərin 54.5% müstəqlliyə səs verir. 21 sentyabr 1964-cü ildə Malta dövləti reallığa çevrilir. Onun konstitusiyalı monarxiya rejimi Maltanın kraliçası II Elizabet olur. Bu tarix hələ də Maltanın müstəqilliyi günü olaraq qeyd olunur. 1 dekabr 1964-cü ildə Malta Birləşmiş Millətlər Təşkilatına qəbul edilir. Ölkə ərazisində Funt sterlinq və Malta lirəsi əsas pul vahidi olmuşdur. Ölkənin paytaxtı - Valletta.
General-qubernatorlar 1964-1974 illər arasında Maltada vəzifələrini icra etmişlər:
Baş nazirlər 1964-1974 illər arasında Maltada vəzifələrini yerinə yetirmişlər:
13 dekabr 1974-cü ildə Dom Mintoffun Leyborist Hökuməti tərəfindən konstitusiya dəyişiklikləri edildikdən sonra monarxiya ləğv edildi. Malta Birliyin içərisində bir respublika olur. Hakimiyyət parlament tərəfindən təyin olunan dövlət başçısı funksiyasını yerinə yetirən prezidentə həvalə edildi. Son qubernator general Ser Entoni Mamo Maltanın ilk prezidenti təyin edildi.