Alçaqboy alma (lat. Malus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Alçaqboy alma | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Alçaqboy alma |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Asiya və Avropada yayılmışdır.
Yarpağı tökülən ağacdır. Alçaqboylu almalar Avropada mədəni sortlar üçün peyvənd kimi istifadə edilir. Hündürlüyü təxminən 5 m, düz gövdəli və şaxələnmiş budaqlı kiçik ağacdır. Yaşıl, növbəli yarpaqları saplaqlarda oturaqdır, yarpaq ayaları damarcıqlıdır. Çiçəkləri ikicinsli, çəhrayı və ya ağ rəngli, diametri təxminən 2,5 sm-dir.
Mübit torpaqlarda yaxşı bitir. Rütubətsevən, istiyə, soyuğa davamlıdır.
Azərbaycanda bəzi bölgələrdə mədəni şəraitdə becərilir.
Bir neçə sortu var. Dekorativ bağ bitkisi kimi becərilir.