Malus sargentii

Sarjent alması (lat. Malus sargentii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.

Sarjent alması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Yaponiyadır. Növün adı Harvard Universiteti Dendrarisinin direktoru Çarlz Spreq Sardjentin (1841-1927) şərəfinə adlandırılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Kolun hündürlüyü və eni təxminən 2-3 metrdir. Çətiri hamar-şarşəkillidir. Yarpaqların payız rəngi sarı-narıncıdır. Qönçələri yumru formalı, kiçik, uzun erkəkciklidir. Çiçəkləri ağdır, nazik, uzun çiçək saplağında yerləşir. Meyvələri xırda, şarşəkiklli, tünd qırmızıdır, budaqlarda çox qalır. Apreldə çəhrayı rəngdə çiçəkləyir. Çiçəkləri ətirlidir.

İşıqsevəndir, nəmişli torpaq tələb edir. Məhsuldar növdür. Bataqlıq və çox quru torpağı sevmir. Soyuğa və quraqlığa, xəstəliklərə davamlıdır, torpağın duzlaşmasına dözür. Qışa az davamlığına görə üstü örtülməlidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Qubada, İsmyıllıda, Qəbələdə həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.

Tək, qrup əkinlərində, canlı hasar kimi istifadə edilir. Meyvələri qırmızı almalardır, payızda yetişir. Şirin dadlıdır. Quşlar üçün cəlbedicidir.