Meşə alması (lat. Malus sylvestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Meşə alması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Meşə alması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Rusiyanın Avropa hissəsində və Qafqaz meşələrində geniş yayılmışdır.
Hündürlüyü 15 m-ə çatan ağac və ya kol bitkisidir. Yarpaqları iri, enli ellipsvari, uzunluğu 10 sm, ayanın üst səthi tünd-yaşıl, hamar, alt səthi açıqdır. Saplağın uzunluğu 5 sm-dir. Çiçəkləri ağ və ya çəhrayı, ətirli, diametri 4 sm olmaqla çətirşəkilli salxımlara yığılmışdır. Meyvələrinin diametri 3 sm, yaşılımtıl-sarı, turşdur.
Soyuğa, quraqlığa davamlı bitkidir.
İsmayıllıda, Qubada, Qəbələdə, Zaqatala, Balakəndə həyatyanı sahələrdə geniş istifadə olunur.
Yarpaqlarının qurluşuna, çiçəklərinin rənginə görə bir-birindən fərqlənən müxtəlif dekorativ formaları vardır: sallaq budaqlı, meyvələri toxumsuz, yeməli; çoxləçəkli (f.plena) çoxsaylı, çoxləçəkli çiçəkli; qızılı (f. aurea) – sarı-alabəzək yarpaqlı; qırmızı meyvəli (f.purpurea) – effektli tünd qırmızı meyvəli; cənnət (f.paradisiaca) – cırtdan formaları olur. Mədəni şəraitdə tək və qrup əkinlərində, canlı hasarların salınmasında istifadə edilir. Bəzi sortları peyvənd kimi tətbiq edilir.