Mamırkimilər sinfi

Bryophytes (lat. Bryophytes) — yaşıl bitkilər yarımaləminə aid bitki şöbəüstü.

Mamırkimilər
Elmi təsnifat
Şöbəüstü:
Mamırkimilər
Beynəlxalq elmi adı
  • Bryophytes

Mamırkimilər şöbəsinə hazırda yaşamaqda olan, həqiqi kökü olmayan, lakin yüksək quruluşlu nümayəndələrində gövdə və yarpaqlar, bəsit quruluşlarında isə torpaq üzərinə səpilmiş tallomlar (qatları) olan bitkilər aiddir. Onlarda cinsi nəsillə qeyri-cinsi nəslin növbələşməsi daha aydın nəzərə çarpır. Cinsi nəsil olan birinci nəsl ikinciyə üstünlük gəlir və ona nisbətən daha qüvvətli olur. Mamırkimilər hərəkət edən spermatozoidlər vasitəsilə mayalanır.

Mamırkimilər şöbəsini qametofit nəslin morfoloji əlamətlərinə, rizoidlərin xarakterik quruluşuna, qutucuqların açılma xüsusiyyətlərinə, yayılma areallarına görə müasir sistematiklər 3 sinifə ayırır.

Ciyərotu (Hepaticopsida və ya Marchantiopsida) sinfi

Antoserot (Anthocerotopsida) sinfi

Yarpaqlı mamırlar (Musci və ya Bryopsida) sinfi

  • Sfaqnum, ağ və ya torf mamırı (Sphagnidae) yarımsinfi
  • Andrey (Andreaeidae) yarımsinfi
  • Yaşıl mamırlar (Bryidae) yarımsinfi
    • Yaşıl mamırlar (Bryales) dəstəsi[1]
  1. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]