Mamırlı şəlalə (Qax)

Mamırlı şəlaləsi Qax rayonunun Ləkit kəndində, Ləkit Kötüklü kəndinə gedən sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan yüzillər boyu süzülərək axan su bunların üstündə sıx mamır bitməsinə səbəb olub. Bu mamırlar qayaları elə örtüb ki, sanki yaşıl xalça sərilib. O qədər sıx ağac bitib ki, əraziyə heç vaxt gün işığı düşmür və bura daim sərin olur. Şəlalə ətrafı piknik cənnətidir. LəkitKötüklü kəndinə gələn turistlər mütləq buraları gəzməyə çıxırlar.[1]

Mamırlı şəlalə
Ümumi məlumatlar
Hündürlüyü 15 m
Eni 30 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Region
  • Qax
Kənd Ləkit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəlalə haqqında

[redaktə | mənbəni redaktə et]
Şəlalənin panoram görünüşü

Dəniz səviyyəsindən 550 m hündürlüyündə yerləşən Mamırlı şəlalənin hündürlüyü 15 m, eni 30 metrdir. Qax rayonunun Ləkit kəndində yerləşən Mamırlı şəlalə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli 190 saylı qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikası Qax Rayon İcra hakimiyyəti http://qax-ih.gov.az/page/16.html Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine