Kötüklü

KötüklüAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Kötüklü
40°56′ şm. e. 47°43′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 668 (2009) nəfər
Xəritəni göstər/gizlə
Kötüklü xəritədə
Kötüklü
Kötüklü

Burada meyvəçilik inkişaf edib. Fındıq sahələri, şabalıd ağacları əkilmiş bağlar daha çoxdur. Təbii ki, quru meyvələrdən gəlir artdıqca kənddə iri buynuzlu mal-qaranın çoxalması və arıçılığın inkişafı da müşahidə olunur. Telefon xətti çəkilib, sayğaclaşmadan sonra fasiləsiz enerji təminatı, yəni işıq problemi həll edilib. Artezian quyuları qazılıb. Artıq müasir səviyyədə texniki avadanlıqlarla təchiz edilən yeni məktəb binası da məktəblilərin ixtiyarındadır.[1]

Kötüklü oyk, sadə. Qəbələ r-nunun Mıxlıqovaq i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi vaxtilə əkin məqsədilə ağaclardan təmizlənmiş Kötüklü adlanan sahədə salındığı üçün belə adlandırılmışdır.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629