Mamarçev zirvəsi (bolq. Мамарчев връх, ‘Mamarchev Vrah’ \ma-'mar-chev 'vr&h\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2500 m hündürlüklü qaya zirvəsidir. Zirvə Pulpudeva buzlağından qərbdə, Ellen buzlağından şərqdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Sullivan yüksəkliyinə daxildir[1].
Zirvə cənubi Bolqarıstanda yerləşən, Bolqarıstan azadlıq hərəkatının lideri olan Georgi Mamarçevin (1786-1846) şərəfinə adlandırılan Mamarçevo şəhərinin adını daşıyır.
Mamarçev zirvəsi 78°18′49″ c. e. 85°08′54″ q. u.HGYO koordinatlarında yerləşmişdir. Levak dağından 2.37 km şimal-qərbdə, Bearskin dağından 11.33 km şimal-şərqdə, Camper dağından 11.08 km cənub-şərqdə, Roberts zirvəsindən 5.28 km cənubda yerləşmişdir. ABŞ xəritəsinə 1961-cı ildə daxil edilmişdir.