Mamoru Hosoda

Mamoru Hosoda (yap. 細田 守) — yapon anime rejissoru, ssenari müəllifi və animasiyaçı.

Mamoru Hosoda
yap. 細田 守
Doğum tarixi 19 sentyabr 1967(1967-09-19)[1][2][…] (57 yaş)
Doğum yeri Yaponiya Yaponiya, Toyama prefekturası, Nakaniikava rayonu, Kamiiçi
Vətəndaşlığı  Yaponiya
Təhsili Kanadzava İncəsənət Kolleci
Fəaliyyəti kinorejissor, animasiyaçı, ssenarist, illüstrasiyaçı[d], rejissor
Fəaliyyət illəri 1989 — günümüz
Mükafatları Yaponiya Film Akademiyasının İlin Animasiyası mükafatı (2007, 2010)
studio-chizu.jp/index.ht…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hosoda Yaponiyanın Toyama prefekturasında yerləşən Nakaniikava rayonun Kamiiçi qəsəbəsində anadan olub. Atası dəmiryol mühəndisi, anası isə dərzi kimi işləyirdi.[3] Hosodanın animasiyaçı olmağa Hayao Miyadzakinin birinci animesi olan The Castle of Cagliostro baxmağından sonra ilhamlanmıb.[4] O, İşikava prefekrturasında Kanadzava İncəsənət Kollecinin yağ rəssamlığı öyrənirdi.[5]

Məzunluğundan sonra, Hosoda Toei Animation studiyasına boş vaxtında yaratdığı qısa anime göndərib, orda animasiyaçı kimi işə qəbul olundu.[3] O, əvvəl Studio Ghibli-yə müraciət edib, orda iş ala bilməyib, amma Hayao Miyadzakinin özündən tərənnümlü imtina məktubu almış.[4][6]

Toei Animation studiyasında, erkən 2000-ci illərində işləyərkən, o Digimon Adventure seriyasının ilk iki tammetrajlı anime üzərində işləyərək, ictimai diqqəti özünə cəlb etdi. Beləliklə, onun Digimon: The Movie üzərində rejissor rolu Studio Ghibli-nin baş prodüseri Toşio Sudzukinin diqqətini cəlb edib.[3]

2001-ci ilin sentyabrında Studio Ghibli elan edib ki, Hosoda Haulun yeriyən qəsri animesinin rejissoru olacaq.[7] Onun buraxılış tarixi 2003-cü ilinə müəyyən olunmuşdu.[8] Halbuki, bu animenin istehsalı yaradıcı fəqlərinə görə gərginləşib. Hasoda bunu izah edib: Mənə [animeni] Miyadzaki onu necə eləsəydi, elə eləməyə deyilib, fəqət mən öz animeni özüm istədiyim kimi eləmək istəyirdim.[9] Beləliklə, o, istehsalın erkən mərhələlərdə Studio Ghibli rəislərin tərəfindən qəbul edilə bilən konsepsiyanı yarada bilməyib,[10] Hosoda oranı 2002-ci ilin yayında tərk etmişdi.[11]

Bunnan sonra Toei Animation studiyasına qayıdan Hosoda, rəssam Takaşi Murakami ilə birlikdə, bir sıra animasiya, o cümlədə, Louis Vuitton üçün Superflat Monogram reklamı üzərində işləmiş.[3][12] Eyni zamanda, o, Studio Ghibli-də keçirtdiyi coşqun müddətindən ilhamlanaraq, Ojamajo Doremi anime serialın bir seriyası üçün rejissorluq eləmiş. Bunun nəticəsində, onu Madhouse studiyası işə almış.[13]

Madhouse studiyasında işləyərək, Hosoda 2006-cı ildə rejissorluk elədiyi The Girl Who Leapt Through Time animesi üçün 2007 Yaponiya Film Akademiyasının İlin Animasiyası mükafatını alıb;[14] və 2009-cu ildə rejissorluk elədiyi Summer Wars animesi üçün 2010-cu ilin həmin mükafatını yenə alıb.[15]

2011-ci ildə, Hosoda The Girl Who Leapt Through TimeSummer Wars animelərin prodüseri olan Yuçiro Saito ilə Madhouse studiyasından çıxıb və onnan Studio Chizu yaradıb.[16] Studio Chizu artıq Hosoda rejissorluğu altında üç anime istehsal edib.[17][18] Onlardan biri 2019-cu ilin Ən Yaxşı Animasiya nominasiyasında Oskar mükafata namizəd göstərilmişdir.[19]

Baş rejissor kimi

[redaktə | mənbəni redaktə et]
  • Digimon: The Movie (2000, Şiqeyasu Yamaquçi)
  • One Piece: Baron Omatsuri and the Secret Island (2005)
  • The Girl Who Leapt Through Time (2006)
  • Summer Wars (2009)
  • Wolf Children (2012)
  • The Boy and the Beast (2015)
  • Mirai (2018)[20][21][22]
  • Hələlik adı olmayan gələcək anime[23]

Kiçik işləri

[redaktə | mənbəni redaktə et]
  • Digimon Adventure (20 dəqiqəlik, 1999)
  • Digimon Adventure (21-ci seriya, 1999)
  • Ojamajo Doremi Dokkān (40-cı seriya, 49)
  • Digimon Adventure: Our War Game! (40 dəqiqəlik, 2000)
  • One Piece (199-cu seriya)
  • Superflat Monogram (qısa anime, Takaşi Murakami iləç 2003)
  • Ashita no Nadja (TV, opening, ending, 5-ci, 12-ci, 26-cı seriyalar)
  • Samurai Champloo (TV, opening)
  1. Mamoru Hosoda // BD Gest' (fr.).
  2. 細田守 // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 3 4 Collin, Robbie. "Sacked by Studio Ghibli: how the boy wonder of Japanese animation grew up". The Telegraph (ingilis). 2016-11-15. ISSN 0307-1235. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  4. 1 2 Brady, Tara. "Mamoru Hosoda's poignant and strange inversion of It's a Wonderful Life". The Irish Times (ingilis). 2018-10-30. 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  5. Blair, Gavin J. "Anime Director Mamoru Hosoda on Drawing by Hand and the Industry Post-Hayao Miyazaki (Q&A)". The Hollywood Reporter (ingilis). 2016-11-01. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  6. Ryūsuke, Hikawa. "The Classic Storytelling of Anime Director Hosoda Mamoru". nippon.com (ingilis). 2016-11-17. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  7. Cavallaro, Dani. The animé art of Hayao Miyazaki. Jefferson, North Carolina: McFarland. 2006. 157. ISBN 9780786423699. OCLC 62430842.
  8. Schilling, Mark. "Studio Ghibli's new film to be directed by rival". Screen (ingilis). 2001-09-02. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
  9. Frank, Allegra. "Getting fired from a Miyazaki movie was 'a good thing' for this anime director". Polygon. 2018-10-20. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  10. FAQ - Howl's Moving Castle Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. The Hayao MIYAZAKI Web. Retrieved 2011-12-13.
  11. "Miyazaki To Direct Another Film". icv2.com (ingilis). 2002-12-13. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  12. Chang, Chih-Chieh. "Interview: Mamoru Hosoda, Director of Wolf Children". Anime News Network (ingilis). 2013-07-15. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  13. Schilling, Mark. "Tokyo International Film Festival welcomes audiences to the animated world of Mamoru Hosoda". The Japan Times (ingilis). 2016-10-20. 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  14. "Japan Academy Prize (2007)". Japan Academy Prize. 2007-02-20 tarixində arxivləşdirilib.
  15. Loo, Egan. "Summer Wars Wins Japan Academy's Animation of the Year". Anime News Network (ingilis). 2010-03-05. 2012-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  16. "Arxivlənmiş surət". 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-17.
  17. Official website Arxivləşdirilib 2013-03-28 at the Wayback Machine. Retrieved 2011-12-13.
  18. "Summer Wars' Mamoru Hosoda Creates Anime Film for July" Arxivləşdirilib 2012-01-07 at the Wayback Machine. Anime News Network, 13 December 2011. Retrieved 2011-12-13.
  19. "Oscar Nominees: Mirai". oscar.go.com. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  20. "Summer Wars' Mamoru Hosoda Plans Next Film About Siblings in 2018". Anime News Network. October 25, 2016. July 27, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2017.
  21. "Cannes: Japan's Mamoru Hosoda Sets New Animated Film 'Mirai' (EXCLUSIVE)". Variety. May 16, 2017. May 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2017.
  22. "Summer Wars' Hosoda Reveals Mirai no Mirai Film's Story, Staff, July Date in Teaser". Anime News Network (ingilis). December 13, 2017. 2017-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2017.
  23. "MIRAI, SUMMER WARS DIRECTOR MAMORU HOSODA'S NEXT FILM WILL BE 'COMPLETELY DIFFERENT FROM MIRAI'". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-24.