Mançester Arenada terror (ing. 2017 Manchester Arena bombing) — İngiltərənin Mançester şəhərində yerləşən Mançester Arenada 2017-ci ilin 22 may tarixində yerli vaxtla saat 22:33-da[5] gercəkləşdirilmiş terror hücumu. Hadisə müğənni Ariana Qrandenin arenada təşkil olunmuş konserti zamanı baş vermişdir. Verilən məlumatlara görə terror hücumu nəticəsində 23 nəfər həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxsin kusdar üsulla hazırlanmış bombadan istifadə etdiyi bildirilir. İraq Şam İslam Dövləti hücuma görə məsuliyyəti öz üzərinə götürüb.[6]
Mançester Arenada terror | |||||
---|---|---|---|---|---|
| |||||
Hücum yeri |
Mançester, İngiltərə |
||||
Hücum hədəfi | Ariana Qrandenin konserti | ||||
Vaxt |
22 may, 2017 22:33 |
||||
Hücum üsulu | Kustar üsulla hazırlanmış bomba | ||||
Həlak olanlar | 23 (terrorçu daxil olmaqla)[1] | ||||
Yaralılar | 64+[2][3] | ||||
Terrorçular | Salman Ramadan Abedi[4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Hadisə 2017-ci ilin 22 may tarixində İngiltərənin Mançester şəhərində baş verib. Tanınmış müğənni Ariana Qrandenin Dangerous Woman studio albomunu tanıtımı məqsədi ilə təşkil olunan Dangerous Woman Tour konsert turnesinin növbəti ünvanı 22 may tarixində Mançester Arena olub.[7][8] 21 min nəfərdən çox tamaşaçının iştirak etdiyi konsertdə, partlayışın tamaşaçıların zalı tərk etdiyi anda baş verdiyi bildirilir.[9]
Mançester Polisi hadisənin terror hücumu olduğunu və şübhəli şəxsin kamikadze olduğunu bildirib.[10] Hadisə 2017-ci ildə Böyük Britaniyada baş vermiş ikinci terror hücumudur. 2017-ci ilin mart ayında Vestminster sarayı qarşısında polisləri hədəf alan silahlı hücumda 1 nəfəri polis əməkdaşı olmaqla, 7 nəfər həlak olmuşdu.
Yerli polisinin məlumatlarına görə kamikadzedə daxil olmaqla 23 nəfər partlayış nəticəsində həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında uşaqlarında olduğu bildirilir.[11][12] Şimal-Qərb Təcili Tibbi Xidmətin 60-dan çox təcili tibbi yardım maşını hadisə yerinə gedərək 64 yaralıya təcilli tibbi yardım göstərib.[13] Yaralılardan 12 nəfəri 16 yaşın altında olan yeniyetmələrdir.[13]
Böyük Britaniyanın Baş Naziri Tereza Mey və Leyboristlər Partiyasının rəhbəri Ceremi Korbin baş vermiş hadisəni qınadıqlarını bildiriblər.[14][15] Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabet hadisə qurbanlarının ailələrinə baş sağlığı verib.[16] Keçirilməsi planlaşdırılan mərkəzi seçkilər üçün nəzərdə tutulmuş təbliğat kompaniyaları partlayışdan sonra iki gün müddətinə təxirə salınıb.[17][18][19]
Mançester şəhərinin meri Endi Burham baş vermiş hadisəni şeytani terror hücumu formasında şərh edib.[20] London şəhərinin müsəlman əsilli meri Sadiq Xan da sosial şəbəkələr üzərində yayımladığı məktubunda baş vermiş hadisəni qınadığını bildirənlərdəndir.[21] Baş vermiş terror aktı ilə bağlı təkcə ölkə daxilindən yox, eyni zamanda müxtəlif xarici dövlətlərin və təşkilatların rəhbərləri tərəfindəndə qınanma məktubları və açıqlamalar yayımlanıb. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş[22] və Roma Papası Fransisk hadisəyə görə üzüntülərini ifadə ediblər.[23]
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı verib.[24]
Başsağlığında deyilir: Hörmətli xanım Baş nazir, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. |
Leaders of political parties did not hesitate to suspend General Election campaigning in the wake of the terror attack in Manchester. ... Campaigning for the 8 June vote will remain suspended for a second day on Wednesday.