Mançester Arenada terror (2017)

Mançester Arenada terror (ing. 2017 Manchester Arena bombing) — İngiltərənin Mançester şəhərində yerləşən Mançester Arenada 2017-ci ilin 22 may tarixində yerli vaxtla saat 22:33-da[5] gercəkləşdirilmiş terror hücumu. Hadisə müğənni Ariana Qrandenin arenada təşkil olunmuş konserti zamanı baş vermişdir. Verilən məlumatlara görə terror hücumu nəticəsində 23 nəfər həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxsin kusdar üsulla hazırlanmış bombadan istifadə etdiyi bildirilir. İraq Şam İslam Dövləti hücuma görə məsuliyyəti öz üzərinə götürüb.[6]

Mançester Arenada terror
Mançester şəhərində yerləşən Mançester Arenanın xarici görünüşü.
Mançester Arena (Böyük Mançester)
Mançester Arena
Böyük Mançester (Böyük Britaniya)
Böyük
Mançester
Böyük Mançester (Avropa)
Böyük
Mançester
Hücum yeri Mançester, İngiltərə
Hücum hədəfi Ariana Qrandenin konserti
Vaxt 22 may, 2017
22:33
Hücum üsulu Kustar üsulla hazırlanmış bomba
Həlak olanlar 23 (terrorçu daxil olmaqla)[1]
Yaralılar 64+[2][3]
Terrorçular Salman Ramadan Abedi[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadisə 2017-ci ilin 22 may tarixində İngiltərənin Mançester şəhərində baş verib. Tanınmış müğənni Ariana Qrandenin Dangerous Woman studio albomunu tanıtımı məqsədi ilə təşkil olunan Dangerous Woman Tour konsert turnesinin növbəti ünvanı 22 may tarixində Mançester Arena olub.[7][8] 21 min nəfərdən çox tamaşaçının iştirak etdiyi konsertdə, partlayışın tamaşaçıların zalı tərk etdiyi anda baş verdiyi bildirilir.[9]

Mançester Polisi hadisənin terror hücumu olduğunu və şübhəli şəxsin kamikadze olduğunu bildirib.[10] Hadisə 2017-ci ildə Böyük Britaniyada baş vermiş ikinci terror hücumudur. 2017-ci ilin mart ayında Vestminster sarayı qarşısında polisləri hədəf alan silahlı hücumda 1 nəfəri polis əməkdaşı olmaqla, 7 nəfər həlak olmuşdu.

Yerli polisinin məlumatlarına görə kamikadzedə daxil olmaqla 23 nəfər partlayış nəticəsində həlak olub, 64 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında uşaqlarında olduğu bildirilir.[11][12] Şimal-Qərb Təcili Tibbi Xidmətin 60-dan çox təcili tibbi yardım maşını hadisə yerinə gedərək 64 yaralıya təcilli tibbi yardım göstərib.[13] Yaralılardan 12 nəfəri 16 yaşın altında olan yeniyetmələrdir.[13]

Böyük Britaniyanın Baş Naziri Tereza MeyLeyboristlər Partiyasının rəhbəri Ceremi Korbin baş vermiş hadisəni qınadıqlarını bildiriblər.[14][15] Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Elizabet hadisə qurbanlarının ailələrinə baş sağlığı verib.[16] Keçirilməsi planlaşdırılan mərkəzi seçkilər üçün nəzərdə tutulmuş təbliğat kompaniyaları partlayışdan sonra iki gün müddətinə təxirə salınıb.[17][18][19]

Mançester şəhərinin meri Endi Burham baş vermiş hadisəni şeytani terror hücumu formasında şərh edib.[20] London şəhərinin müsəlman əsilli meri Sadiq Xan da sosial şəbəkələr üzərində yayımladığı məktubunda baş vermiş hadisəni qınadığını bildirənlərdəndir.[21] Baş vermiş terror aktı ilə bağlı təkcə ölkə daxilindən yox, eyni zamanda müxtəlif xarici dövlətlərin və təşkilatların rəhbərləri tərəfindəndə qınanma məktubları və açıqlamalar yayımlanıb. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş[22]Roma Papası Fransisk hadisəyə görə üzüntülərini ifadə ediblər.[23]

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı verib.[24]

" Başsağlığında deyilir: Hörmətli xanım Baş nazir, Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. "
  1. "Greater Manchester Police". www.gmp.police.uk. 2017-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
  2. "22 dead, 120 injured in suicide bomber attack at Manchester Arena and three victims named - live updates". Manchester Evening News. 23 May 2017. 24 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  3. Eden, Tom. "Manchester bombing attack: Suspected suicide bomber named as Salman Ramadan Abedi, 22 dead and 120 injured in atrocity". chronicle.live.com. Evening Chronicle. 23 May 2017. 7 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017. (#apostrophe_markup)
  4. "Manchester attack: Salman Abedi named as bomber by police". BBC News (ingilis). 23 May 2017. 28 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  5. "Manchester Arena attack: What we know so far". 23 May 2017. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017 – www.bbc.co.uk vasitəsilə.
  6. Rubin, Shira. "ISIS Claims Deadly Ariana Grande Concert Bombing That Killed 22". 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-23.
  7. "Deaths confirmed after Manchester Arena blast reports". BBC News. 22 May 2017. 13 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2017.
  8. CBS/AP 22 May 2017, 6:46 PM. "Police: "Confirmed fatalities" after reports of explosion at Manchester Arena". CBS News. 23 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2017.
  9. Malkin, Bonnie. "Manchester attack: city mobilises to help concert-goers with offers of rooms and free rides". The Guardian (ingilis). 22 May 2017. 23 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  10. "LIVE: Manchester 'explosion' treated as terror". Sky UK. 22 May 2017. 23 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2017.
  11. Samantha Beech & Darran Simon. "Manchester Arena attack: 22 dead after blast at Ariana Grande concert". CNN. 15 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  12. Mike Bambach. "British police: 22 dead after suicide bomber attack at Ariana Grande concert". United Press International. 16 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  13. 1 2 (now), Claire Phipps; (earlier), Kevin Rawlinson. "Manchester Arena: children among 22 dead in suicide attack at Ariana Grande concert – latest". The Guardian. London, UK. 23 May 2017. 4 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  14. "Manchester Arena attack: What we know so far". BBC News. 23 May 2017. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  15. "Jeremy Corbyn pays tribute to victims of Manchester terror attack". The Daily Telegraph. 23 May 2017. 12 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  16. Jenny.minard. "A message from Her Majesty The Queen to the Lord-Lieutenant of Greater Manchester". The Royal Family. 23 May 2017. 23 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  17. "Campaigning suspended as world leaders pay respects". ITV News. 23 May 2017. 23 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017. Leaders of political parties did not hesitate to suspend General Election campaigning in the wake of the terror attack in Manchester. ... Campaigning for the 8 June vote will remain suspended for a second day on Wednesday.
  18. "Manchester Arena: children among 22 dead in explosion at Ariana Grande concert". 4 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  19. "General election campaigning suspended after Manchester attack". The Guardian. London. 22 May 2017. 23 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2017.
  20. "Andy Burnham says spirit of Manchester will prevail after 'evil act'". London Evening Standard. 23 May 2017. 23 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  21. "Sadiq Khan's statement on the attack in Manchester, posted on Twitter". 2021-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
  22. "UN chief strongly condemns terrorist attack on Manchester concert". 23 May 2017. 23 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  23. "Pope Francis offers condolences to Manchester attack victims". Catholic Herald. 23 May 2017. 24 May 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  24. "Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinə başsağlığı verib" (Azərbaycan dili). Trend news agency. 2017-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.