Manə Mollayeva (19 mart 1998[1][2], Zaqatala) – azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi"nin və Azərbaycanın qadınlardan ibarət a milli yığmasının müdafiəçisi.
Manə Mollayeva | ||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Zaqatala | |||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akemediyası | |||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.79 | |||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 67 kq | |||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | sağ | |||||||||||||||||||||||||||||||||||||||
Komanda haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||
Komanda | Neftçi | |||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 7 | |||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||
|
Futbolla 12 yaşından etibarən məşğul olur.[3] Ailə həyatı qurub.[3]
Manə Mollayeva "Zaqatala" klubu ilə, U13 liqasında 48 qol ataraq, bombardir olub.[4] 2015–2016-cı ildə "Qəbələ" klubunda çıxış edib.[5]
2018-ci ildə "Kubanoçka" klubunda forma geyinirdi.[6][3] O, Rusiya Premyer Liqasında debüt matçını 8 avqust 2017-ci ildə Ryazan-VDV klubuna qarşı keçirib. O, ilk iki mövsümdə yüksək liqada cəmi 19 oyun keçirib.
Manə Mollayeva birinci liqada "Kubanoçka"nın gənclərdən ibarət komandasında da çıxış edib və 2018-ci ildə 14 turda 4 sarı və 1 qırmızı vərəqə ilə əsas liqanın ən kobud oyunçusu oldu.
Mollayeva zədə səbəbindən 2019-cu ilin ilk yarısında çıxış etmədi. İkinci yarısında isə "Ryazan VDV" klubu ilə müqavilə bağladı.[7] Daha sonra, futbola ara vermək qərarı aldı.[8] Manə, klubda 16 oyunda 2 qolla yadda qaldı.[8]
2021-ci ilin 30 noyabr tarixində, "Monteneqro" ya qarşı Dünya çempionatının seçmə mərhələsində, 23-cü dəqiqədə sarı vərəqə aldı. Ondan 1 dəqiqə sonra isə, məhsuldar ötürmə ilə, Azərbaycanın qələbə qazanmasına vasitəçi oldu.[3]
2023-cü ildən Neftçidə çıxış edir.
Azərbaycanın gənclər və gənclərdən ibarət milli komandalarında çıxış edib. O, 2021-ci il Avropa çempionatının seçmə turnirində, 2019-cu ilin payızında rəsmi oyunlarda milli komandada debüt edib.
Tarix | Hadisə | Dəqiqə | Rəqib | Yekun Hesab | |
---|---|---|---|---|---|
31.10.2023 | Qol | 59 | Monteneqro | 3–0 | |
27.10.2023 | Qol | 50 | Farer adaları | 2–1 | |
23.02.2023 | Qol | 78 | BƏƏ | 2–0 | |
30.11.2021 | Asist | 24 | Monteneqro | 1–0 | |
Ümumi | Qol:3/Asist:1 |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |