Manaf Dadaşov

Manaf Məcid oğlu Dadaşov (21 noyabr 1981, Bakı) — azərbaycanlı aktyor.

Manaf Dadaşov
Manaf Məcid oğlu Dadaşov
Doğum tarixi 21 noyabr 1981(1981-11-21) (43 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Məcid Dadaşov[d]
Fəaliyyəti aktyor
Təhsili

Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil almışdır. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyordur. Teatrdakı ilk rolu rejissor Nicat Kazımovun quruluşunda Ərəb xalq nağılı olan "Ələddinin sehirli çırağı" tamaşasında carçıı obrazı olub.

Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olmuşdur. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilmişdir.

9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.[1]

  • Aktyor Məcid Dadaşovun oğludur.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

  1. Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı
  2. Xeyir və Şər (N.Gəncəvi) — şah
  3. Ana qaz (R.Rza) — qonşu
  4. Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc
  5. Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi
  6. Hacı Qara (M.F.Axundov) — Əsgər bəy
  7. Ezop (Q.Fiqeyredo) — həbəş
  8. Cənnətin üç alması (N.Kazımov) — Şirməmməd
  9. İki tonqal (A.Həsənoğlu) — Tərlan
  10. Güc birlikdədir (R.Tohidoğlu) — Nazim; vəzir
  11. Pəri Cadu (Ə.Haqverdiyev) — çoban
  12. Şeyx Sənan (H.Cavid) — dəliqanlı
  13. Şelkunçik (E.T.A.Hofman) — ata
  14. Oliver Tvistin macəraları (Ç.Dikkens) — polis
  15. Mən səni sevirəm (M.S.S) — Marlen
  16. Romeo və Cülyetta (U.Şekspir) — Merkusio
  17. Qoca kloun (M.Vişnek) — Manaf
  18. Şahzadə Xəzrin nağılı (K.Ağabalayev, N.Kazımov) — Basat
  19. Buratinonun macəraları (A.Tolstoy) — Duremar
  20. Konnemarada bir kəllə (M.Makdonax) — Martin Hənlon

YUĞ teatrı

  1. Günlərin bir günündə (İbrahim İbrahimli)

Akademik Milli Dram Teatrı

  1. Kölgə (Y.Şvarts) — maliyyə naziri
  1. Yol yoldaşları (film, 2003)
  2. Əlvida, cənub şəhəri (film, 2006)
  3. Hökmdarın taleyi (film, 2008)
  4. Üfüqü ötənlər (film, 2011)
  5. Sirr (serial, 2012)
  6. Həkimlər
  7. Bir ovuc torpaq (teleserial,2013)
  8. Bir ailəm var ( teleserial, 2013)
  9. Məriz (film, 2015)
  10. Xüsusi təyinatlı İbad (film, 2016)
  11. Sən olmasaydın ( teleserial, 2016)
  12. Nar bağı (film, 2017)
  13. İkinci güllə (film, 2017)
  14. Ümidlər puç olanda ( film,2018)
  15. Könül yarası ( teleserial, 2018)
  16. Son iclas (film, 2018)
  17. Dalan (film, 2019)
  18. Qarabağ. Birinci film “Bir topa adam” ( film, 2021)
  19. S.Ə.S. “Cındır adamlar” ( 2-ci bölüm) (serial, 2021)
  20. Əqrəb mövsümü (teleserial, 2022)
  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]