Mancur göyrüşü

Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Mancur göyrüşü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarıSaxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür. Kök sistemi dərin, güclüdür. 400 ilədək yaşayır.

Soyuğa davamlıdır, ancaq cavan zoğları və yarpaqları yaz soyuqlarından əziyyət çəkir, işıqsevəndir, ancaq cavan bitki bir az kölgələnməyə dözür. Torpaqların nəmişliyinə və məhsuldarlığına tələbkardır.

Azərbaycanda yayılması:

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda təbii halda yayılmışdır.

Oduncağı möhkəm, sənaye əhəmiyyətlidir. Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.