Mani yarımadası (yun. Μάνη) — Yunanıstanda yerləşən yarımada. Peloponnes yarımadasının cənubunda yerləşən üç yarımadadan biridir. Sahillərini qərbdən Aralıq dənizi və onun körfəzləri olan Mesiniakos və Lakonikos yuyur. Maniu yarımadası iki hissədən ibarətdir:Daxili və Xarici Mani. Xarici Mani təbiət baxımından zəngindir. Çimərliklərə sahibdir. Tayqet dağı turistlər və alpinistlər arasında məşhurdur.
Mani yarımadası | |
---|---|
Yerləşməsi | |
36°42′29″ şm. e. 22°26′02″ ş. u.HGYO | |
Akvatoriya | Egey dənizi |
Ölkə | Yunanıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mani yarımadasında antik dövrdə Spartalır aid kəndlər olmuşdur. Burada sərt qanunlar hökm sürmüş, hərbi qaydalar tətbiq olunmuşdur. Xristinlıq gəldikdən sonra isə müəyyən yumşalmalar müşhidə edilsə də, patriarxat quruluş olduğu kimi qalmışdır. Eyni zamanda yerli yunanların artan qruplaşmaları əsasən orta əsrlərdə xarici dövlətlərin daimi müdaxiləsi nəticəsində, onların həyat tərzini, dili və mədəniyyətini qorumaq arzusudan doğurdu[1]. Orta əsrlərdə Mani, həm yerli klanlar arasında olan maniotlar, həm də müxtəlif dövlətlərin (Bizans İmperiyası, Venesiya, Osmanlı İmperiyası) rəqabət meydanı olmuşdur. Bu səbəbdən yarımadada çox gözəl qəsrlər meydana gəlmişdir. XVI əsrdən isə maniot klanları Yunanıstanın istiqlal mübarizəsinə qatılmışlar. maniotların bir çoxu həm də yarımadad bir millərtin hakim olması məqsədi ilə yerli müsəlmanlara qarşı soyqırım həyat keçirmişlər.