Yunanıstan İstiqlaliyyət müharibəsi (yun. Ελληνικός πόλεμος της Ανεξαρτησίας, türk. Yunan Kurtuluş Savaşı), Yunan üsyanı [2][3][4][5][6] (Osm. يونان عصياني, Yunan üsyanı) və ya Yunan inqilabı (yun. Ελληνική επανάσταση) — yunanların Osmanlı suverenliyinə qarşı başlatdığı, 1821-ci ilin fevralından 1829-cu ilin sentyabrına qədər davam edən, Osmanlı İmperiyası və yunan üsyançılar arasında baş vermiş, Yunanıstanın müstəqilliyi ilə nəticələnən hərbi münaqişə.[7]
Yunanıstan İstiqlaliyyət müharibəsi | |||
---|---|---|---|
Tarix |
22 fevral, 1821 – 12 sentyabr, 1829[qeyd 1] 8 il, 6 ay, 3 həftə) |
||
Yeri | Balkan yarımadası (əsasən Yunanıstan) və Egey dənizi | ||
Səbəbi | Yunanıstanın müstəqilliyi | ||
Nəticəsi |
Yunanların qələbəsi |
||
Ərazi dəyişikliyi | Yunanıstanın indiki Peloponnes, Mərkəzi Yunanıstan regionlarının hamısı və Egey dənizinin cənubunda yerləşən bütün adalar | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab |
---|
Kateqoriya |
Yunanların müstəqil bir ölkə olaraq varlıqları 1453-cü ildə Konstantinopolun fəthi və Bizans İmperiyasının varisləri olan dövlətlərin də məğlub olması ilə sona çatmışdır. Beləcə İon adaları, Aqrafa dağları, İsfakiyə, Suli və Mani bölgələrində müstəqil yaşayan az sayda yunanlardan başqa, bütün yunan xalqları Osmanlı dövlətinin suverenliyi altına girmişdir. Yunanlar Osmanlı İmperiyasının təxminən hər tərəfinə yayılmışdılar. Ancaq Peloponnes, Tessaliya və İon adalarında çox sayda yunan yaşayırdı. Yunanlar Osmanlıların dinə söykənən xalq sistemində yerlərini alaraq ölkədəki xalqlardan biri halına gəlmişdilər. Bu sistemə görə Osmanlı dövlətində yaşayan yunanlar, Fənər Rum Ortodoks Patriarxiyasına bağlı, qismən muxtariyyət sahibi bir cəmiyyət idi. Bütün qeyri-müsəlmanlar kimi əsgərlik çəkməyən yunanlar, ailələrini tərk edib, məcburi olaraq, müsəlmanlaşdıqdan sonra, dövlətin heyətlərində vəzifə almaq məcburiyyətində qalırdı.
Hər bir müharibə kimi Yunanıstan istiqlal müharibəsi də, kiçik-kiçik hadisələrlə başlamışdır. Konstantinopolun fəthindən bəri bir çox müvəffəqiyyətsiz üsyanlar olmuşdur. Xüsusilə 17-ci əsrdə, Mora başda olmaqla bütün Yunanıstanda Osmanlılara qarşı çox əhəmiyyətli bir müqavimət var idi. 1600-cü və 1611-ci illərdə Diyonisius Filzofunun rəhbərliyindəki iki üsyan olmuşdur. İoanninada 1611-ci ildə baş vermiş üsyan, Aslan paşa tərəfindən yatırılmışdır (İoanninadakı Aslan paşa məscidi bu hadisəyə görə onun xatirəsinə tikilmişdir) və müvəffəqiyyətsizliklə nəticələnmişdir. Osmanlı qüvvələti, nəzarətə alınan Diyonisios Filozofunu işgəncə edib, canlı ikən dərisini soydular. Baş vermiş ilk böyük üsyan, rusların dəstək və köməyi ilə başladılan Orlov üsyanı (1770) idi. 18. əsrdə Rusiya ilə olan əlaqələr, yunanlar arasında azadlıq və müstəqillik fikirlərinin yayılmasına səbəb oldu. Rusların 18. əsrin sonlarına doğru Rusiyanın daha çox ənənəvi din əlaqələrindən istifadə edərək icra etdiyi təsirlər, bölgə xalqına yönəltdiyi üsyan çağırışlarına qədər çatan səyləri, xüsusilə yoxsulluq və torpaqsızlığın ciddi ölçülərə çatdığı Morada geniş dəstək tapdı. Buna görə, 1768 Osmanlı-Rusiya müharibəsi əsnasında Mora sahillərinə gələn Böyük Katerinanın yaxın dostu olan Admiral Kont Alekseyin əmrindəki Rusiya donanması, Morada Osmanlı qüvvələrinə qarşı bir üsyanın çıxmasına səbəb olmuşdu. Orlov qardaşları, Mora yarımadasındakı yunan xalqına muxtariyyət verməklə vəzifələndirildi. Ancaq 1770-ci ildə başlayan Orlov üsyanı Rusiyadan yaxşı dəstək görə bilmədiyinə görə Osmanlı (müsəlman və Albaniyalı muzdlu əsgərlər) qüvvələri üsyanı qısa müddətdə yatırdı. Rusların Moranı tərk etməsindən sonra Orlov üsyanına mislləmə hazırlayan Osmanlı qüvvələri, yunanlara qarşı böyük hücumlara başladılar. Divan-ı Humayunu Moradaki yunanların öldürülməsi əmrini verməsinə, kapitan-ı deryalığa gətirilən Cəzairli Qazi Həsən Paşa: "Yunanları yok edersek haracı kim verecek?" (azərb. "Yunanları məhv etsək xəracı kim verəcək?") cavabını vermişdi. Sonrakı illərdə, Rusiya casusu olaraq günahlandırılan Aitolyalı Kosmas, 24 avqust 1779-cu ilin avqust ayının 24-də, Osmanlı səlahiyyətliləri tərəfindən nəzarətə alındı və edam edildi. Bunlara əlavə olaraq, öldürülən yunanların arasında Teodoros Kolokotronisin atası olan Konstantis Kolokotronis də var idi. Bununla birlikdə Yunanıstanın bir çox yerində (Mani yarımadası və Girit) çıxan üsyanlar və xüsusilə Giritdəki İoannis Vlaşos Daskaloqiyannis üsyanı Osmanlı qüvvələri tərəfindən qanlı bir şəkildə yatırılmışdır. Orlov üsyanı yatırıldıqdan sonra, rus qüvvələri qarşısında çətin vəziyyətə düşən və sonunda 1768–1774 Osmanlı-Rus müharəbəsində məğlub olan Osmanlı dövlətinin, 1774-cü ildə imzaladığı Kiçik Qaynarca müqaviləsi, Rusiyaya yunan ortodokslarının himayədarlıq verərək yeni müdaxilələrə açıq bir qapı buraxdı.
Osmanlı tarixinin "ən uzun yüz ili" deyilən XIX əsrin əvvəllərinin ən ağrılı hadisələrindən biri 21 fevral 1821 – 12 sentyabr 1829-cu illəri əhatə edən yunan üsyanlarıdır. Bu üsyanların daxili və xarici olmaqla müxtəlif səbəbləri vardır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar[8]:
Belə ki, XVIII əsr Fransa burjua inqilabının təsiri ilə millətçilik hərəkatları meydana çıxmağa başladı. Osmanlı ticarətində mühüm rol oynayan yunan tacirlər Avropa ilə sıx təmasda idilər və onlar Avropada cərəyan edən hadisələrin təsiri ilə yunanlar üçün təhsil qurumları açmaları ilə, yunan ziyalıları isə mətbuatı inkişaf etdirmələri ilə yunan milli şüurunun formalaşmasına təsir edirdilər. Həmçinin təşkilatlanma prosesi gedirdi. Təməl hədəfi – müstəqil Yunan dövlətinin qurulması olan Filiki Etereya (1814) təşkilatı yaranmışdı. Fener Rum Patrikliyi, bir çox zəngin yunan tacirlər bu cəmiyyətin üzvləri idilər. Filiki Eteriyanın bir çox yerlərdə fəaliyyət göstərən şöbələri üsyanı hazırlayırdılar. Lakin bu üsyanlar müxtəlif səbəblərdən bir çox hallarda baş tutmurdular. Bu səbəblərdən biri də, bəzi Osmanlı məmurlarının hadisələrə müdaxiləsi, sərt idarəçilik üsulları hesab edilirdi. Belə məmurlardan biri olan Yanya valisi Tepedelenli Ali Paşa bölgədə nəzarəti əlində toplamışdı. Dövlətə qarş çıxdığına görə onun edam edilməsi yunan üsyanları üçün bir fürsət oldu. Ondan çəkinərək üsyan qaldıra bilməyən qüvvələr, yoxluğundan istifadə edərək üsyana başladılar[8].