Manihi

Manihi (fr. Manihi) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Papeetedən 500 km şimal-şərqdə yerləşir.

Manihi adası
fr. Manihi
Ümumi məlumatlar
Sahəsi 13 km²
Hündür nöqtəsi 9 m
Əhalisi 818 nəfər (2007-ci il)
Yerləşməsi
14°27′ c. e. 146°04′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Manihi adası xəritədə
Manihi adası
Manihi adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Ovalvari formaya malikdir. Atollun uzunluğu 27 км, eni — 8 km, quru sahəsi isə 13 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 160 km²-dir. Laqun okeanla adanın cənub-qərbində yerləşən Tairapa boğazı ilə birləşir. Ərazisində ən geniş yayılmış bitki Kokos palmasıdır.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Kommunaya Manihi və Ahe adaları daxildir.

Ada və ya rif Quru sahəsi,
km²
Laqunun sahəsi,
km²
Əhali,
nəf. (2007)
İnzibati mərkəz
Manihi 13 160 818 Paeua
Ahe 12 138 561 Tekukupara
Manihi 25 298 1379 Paeua

Adada ilk məskunlaşanlar polineziyalılar olmuşdur. Adanı ilk kəşf edən 1616-cı ildə Villem Sxouten olur. XIX əsrdən etibarən adada mirvari yetişdirilir. Turizm inkişaf etdirilmişdir.

2007-ci il məlumatına görə adada 818 nəfər yaşayır. Paeua əsas yaşayış məntəqəsidir.