Manilaid

Manilaid (est. Manilaid, həmçinin est. Manõja, Manija: Maniya) — Estoniyanın cənub-qərbində ada. Ada Riqa körfəzinin şimal-şərqindəki Pyarnu körfəzində yerləşir. Manilaid Avropanın daimi əhali yaşayan ən kiçik adasıdır. Ada Kihnu adası ilə birlikdə UNESCO-nun "Qeyri-maddi mədəni irs" siyahısına daxil edilib[1]. İnzibati baxımdan ada Pyarnumaa vilayətinə aiddir.

Manilaid
est. Manilaid
Ümumi məlumatlar
Sahəsi 1,87 km²
Hündür nöqtəsi 5,3 m
Əhalisi 49 nəfər (2017-ci il)
Yerləşməsi
58°12′ şm. e. 24°07′ ş. u.HGYO
Ölkə  Estoniya
Akvatoriya
Manilaid xəritədə
Manilaid
Manilaid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyarnu körfəzinin Kihnu adasından sonra Manilaid ikinci böyük adadır. Sahəsi 1,87 km²-dir. Ən enli hissəsi 500 metrdir. Adanın dəniz səviyyəsindən ən yüksək nöqtəsi 5,2 metrdir. Güclü fırtınalar zamanı ada üç kiçik adaya çevrilir[2]. Adada meşəlik ərazi azdır, çəmənlik və bataqlıqlar üstünlük təşkil edir[3]. Ada daxilində bir yol var. Manilaidin mərkəzində Kokkıkivi (est. Kokkõkivi), adlı valun mövcuddur. Buzlaq mənşəli bu daşın hündürlüyü 3 metr, həcmi isə 20 kub metrdir[4].

1991-ci ildə adada landşaft yasaqlığı yaradılmışdır. Yasaqlığın sahəsi 204 hektardır[5]. Adada 338 növ bitki növü müəyyən edilib. Onlardan 12 növü qorunur. Ərazidə 81 quş növü yuva qurur. Bundan başqa adada nadir Epidalea calamita qurbağasına rast gəlinir. Məməlilərdən yenotabənzər itə, dovşana, avropa dələsinə rast gəlinir[2].

Ada haqqında ilk yazılı məlumat 1560-cı ilə aiddir. 1933-cü ildə adaya 22 ailə olmaqla ümumən 79 nəfər Kihnu adasından köçmüşdür. Bunun üçün Estoniya hökümətindən xüsusi icazə alınmışdır. 2005-ci ildə baş verən güclü fırtına nəticəsində ada böyük zərər görmüşdür. Ada tamamilə su altında qalmışdır[6].

Səkkiz metrlik mayak adanın Papina yarımadasında yerləşir[7].

  1. "The Kihnu Cultural Space". UNESCO. 4.8.2010. 2010-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-25.
  2. 1 2 "Manija saar". 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-25.
  3. "Tõstamaa". web.archive.org. 2007-09-27. 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-21.
  4. "EELIS Infoleht". web.archive.org. 2020-06-06. Archived from the original on 2020-06-06. İstifadə tarixi: 2024-05-21.
  5. Manija maastikukaitseala Arxiv surəti 8 avqust 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2020-08-08 at the Wayback Machine «Eesti Loodus»
  6. "Manilaid". Eesti Maaturism. 12.11.2010. 2015-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-25.
  7. "Navigatsioonimärgi nr 855, Manilaiu tuletorn, andmed". nma.vta.ee. 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-21.