Manipa boğazı (ind. Selat Manipa) — Boğaz Malay arxipelaqında yerləşən Buru adasını Seram, Ambon, Manipa və başqa adalarından ayırır. Adaların hamısı Molluk adaları qrupuna daxildir. Sakit okeanına daxil olan Seram dənizini Banda dənizi ilə birləşdirir. Molluk arxepelaqının cənubunda yerləşən mühüm dəniz yolu üzərində yerləşir.
Manipa boğazı | |
---|---|
ind. Selat Manipa | |
Ümumi məlumatlar | |
Eni | minimum 26 km |
Uzunluğu | 80 km |
Ən böyük dərinliyi | 4086 m |
Yerləşməsi | |
3°33′00″ c. e. 127°38′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Akvatoriyası | |
Ayırır | Buru adasını Seram, Ambon, Manipa adalarından |
|
Qərb mənbələrində bəzən «Buru boğazı» (ing. Buru Strait) adlandırılır.
Molluk adalarının cənub hissəsində yerləşir. Şumaldan Seram dənizi (ind. Laut Seram), cənubdan isə Banda dənizi ilə əhatələnir. Hər iki dəniz Sakit okeanın akvatoriyasına daxuldir.
Boğazın şərq hissəsi Kelanq (ind. Selat Kelang) və Boano (ind. Selat Boano) boğazları ilə birləşir. Boğaz daxilində çoxlu sayda adalar vardır. Onlardan ən irisi Ambelay adasıdır.[1].
Minimal eni 26 km, uzunluğu 80 km təşkil edir. Boğaz dərinliyi kifayət qədər dərindir. Manipa adasının cəbubunda dərinlik 4 km keçir. Ən dərin yeri 4085 m təşkil edir[1][2]. Bölgədə yerləşən adaların demək olar ki, hamısı boğaz akvatoriyasına daxildir, boğazın özü isə İndoneziyanın Maluku vilayətinə daxildir. Boğaz sahillərində (qərb) Namlea (ind. Namlea) Buru vilayətinin inzibati mərkəzi, Tumulexu-Alam (şərq) (ind. Tumelehu Alam), Vaeyose (ind. Wae Jose) (Seram adası), Asilulu (ind. Asilulu) (Ambon adası)[1][2].
Ərazinin ekosistemi Banda və Seram dənizləri ilə eynidir. Suyun səthində temperatur 27-28°S təşkil edir. Duzluğu 34-35 %-dir. Boğaza tökülən ən iri çay Apodur.
Boğazda güçlü axınlar baş verir, hansı ki Musson küləkləri nəticəsində yaranır. Şimal hissədə axınların güçü 5,5 km/s, cənubda isə 1,8 km/s təşkil edir[1]. Sahilə yaxın hissələrdə mərcan rifləri geniş yayılmışdır[1].
Boğaz seysmik baxımından aktiv zonada yerləşir. Sonuncu dəfə bu tip təkanlar 2014-ci ilin oktyabrında baş vermişdir. 2006-cı ilin 14 martında 6,4 maqnitudasında zəlzələ baş vermir və bunun nəticəsində sunamı yayanır. Sumaninin nəticəsində 6 yaşayış məntəqəsi ciddi dağıntılara səbəb olur.
Manipa boğazının kifayət qədər dərin olması onun əhəmiyyətini artırır. Bu onun istənilən növ gəmilərin hərəkətinə imkan verir.
İkinci Dünya müharibəsi dönəmində boğazın dərin olması səbəbindən ABŞ və Yapon sualtı qayıqları ərazidən sərbəst üzmüşlər. Bu səbəbdən boğaz bir necə dəniz döyüşünə şahidlik etmişdir. Boğazın suları balıqlarla zəngindir. Ərazidə Tuneç, Sardina və Stavrida kimi balıqlar tutulur. Sahillərində turizm inşah etdirilmişdir.
[14] }}