Manna dili və ya Manna türkcəsi — Azərbaycanda (Güney Azərbaycanda) mövcud olmuş Manna Yanzuluğunun rəsmi dövlət dili. Manna dilinin hansı dil ailəsinə aid olduğu dəqiq bilinmir. Lakin, Manna yanzularının (krallarının) adlarının[1][2] və Manna toponimlərinin[3] türk sözü kimi yozulduğuna görə, Manna dilinin türk dili olduğunu azdan-çoxdan əminliklə demək olar.