Mannalıların şəxs adları – Mannalıların mixi yazılı mənbələrdə qorunaraq dövrümüzə çatmış şəxs adları.
A m e k a – İranşünaslar bu adı farsca sayırlar[1]. Q. Qeybullayev isə qeyd edir ki, bu ad türkcə amaq, omaq – qıvraq, xoş təbiətli, cəld, yaxşı əhval – ruhiyyəli[2] sözündədir. Midiyada Amaxar (er. əv. 821-ci il), Qara dənizin şimal çöllərində skiflərdə Amak (er. əv. VII əsr) və sarmatlarda Amaqaşəxs adları ilə müqayisə olurdu. Türk dillərində m – b əvəzlənməsinə görə Abaqa xan (Elxanilər sülaləsində xan adı, XIII əsr), XIV əsrdə Sibirdə Tumen xanlığının xanı İbak, XVII əsrdə Altayda teleutlarda Abak[3] şəxs adları ilə müqayisə olunur.
M u s a s i n – Şumercə mu – mənim, sa, za – ürək və Sin (Ay allahının adı) sözlərindən ibarət teofor addır. Bu şəxs adı təxminən Sin (tanrısı) mənim ürəyimdir mənasını verir. Sin komponenti Şumer – Akkad çarlarından Şusin (er. əv. 2037–2029), İbisin (er. əv. 2028–2004,), Ramsin (er. əv. 1822–1763) və b. çarların adlarında vardır. Bu komponent Elamda Varadsin (er. əv. 1834–1823) və Rimsin (er. əv. 1822–1763) çar adlarında da iştirak edir. Ümumi fikir belədir ki, Şumerin Suen adlı Ay allahı vardı. Bu Allah adı türk şumerlərdən semit mənşəli akkadlara da keçmişdir. Er. əv. III minillikdə Akkad çarlarının bəzilərinin adlarında Suen sözü vardı (Bur-Suen, İbbi-Suen, Harım-Suen və b.). Şumerlərdə Amar Suen çar adı Suen (allahının) beçəsi, balası mənasında idi. İ. M. Dyakonova görə,[4] sonralar Suen allahının adı akkadlarda "Sin" formasını kəsb etmişdir. Mannada Musasin, Erisin və Şarein çar adlarında sin komponentlərinin mənşəyi belədir. Güman ki, mannalarda da bu allaha sitayiş vardı və ona görə valideyn uşağa ad qoyduqda Sin sözündən istifadə edirdi. Manna və Midiyada şəxs adlarının şumer dilindən olması diqqətəlayiq məsələdir. Bunun səbəbini aydınlaşdırmaq çətindir: ya qədim mannalar və madaylar (yaxud onların müəyyən hissəsi) mənşəcə sonrakı şumerlərdir, ya da Altay-Türk mənşəli şumercə hesab etdiyimiz sözlər mannaların və madayların da dillərində vardı.
A r a ş t u a – Q. A. Melikişvili bu adı Qafqaz mənşəli saymış, lakin mənasını açmamışdır.[5] E. A. Qrantovski bu adın əslində Arşitavah formasında olduğunu söyləmiş, sonralar da Rşatavah şəklinə salmış və onun İran dillərində Ayı, yaxud ayğır gücünə malik olan mənasını verdiyini yazmışdır[6]. Q. Qeybullayevə görə isə ad şumer dilində eriş bağışladı bəxşiş verdi və Utu (Günəş Allahı) sözlərindən ibarət teofor addır və Utu allahının (ata-anaya) bəxşişi mənasındadır.
K i r t i a r a – Q. A. Melikişvil, İ. M. Dyakonov və İ. H. Əliyev bu adı yerli adlar sırasına salmışlar. E. A. Qrantovski isə onu qədim hind dilindəki kritua – yararlı, Avesta dilində kərata – qayırma, düzəltmə sözləri ilə izah etmiş və adın fəliyyət göstərən, işgüzar mənasını verdiyini yazmışdır. Lulubelərdə Kiur allahının adından və şumercə di – tikən, ara – qul sözlərindən. Ad Kiur (allahının) tikən qulu mənasındadır.
A t a – V. İ. Abayev skiflərdə er. əv. IV əsrdə Atey şəxs adını izah edərkən bu adı da paralel gətirmiş və hər ikisini osetin dilində ədə – ata, baba sözü hesab etmişdir.[7] Lakin osetin dilindəki ədə sözünün özü türkmənşəlidir. Türkcə ata – ulu əcdad, ulu, müqəddəs sələf[8] sözündəndir. Hələ şumerlərdə Aldani – onun atası (yazılmış sami mənşəli akkad dilindədir), erkən orta əsrlərdə uyğurlarda Atay – Sili xaqan[9] 776-cı ildə Orta Asiyada ərəblərə qarşı başlanmış Xürrəmi üsyanının Müqənna ləqəbli başçısı Ata, VIII əsrdə Buxara hakimi Qisrif ibn Ata və s.şəxs adları ilə müqayisə olunur. Qədim türklərdə əcdada sitayişlə əlaqədar verilmiş addır. Azərbaycanda və Orta Asiyada bəzi övliyaların adlarının sonundakı ata sözü də bununla əlaqədardır.
S a b i n i – Yerli adlar sırasına aid etdildiyinə görə indiyədək mənası aydınlaşdırılmamışdır. Ehtimal ki, akkadca sabu – doyunca, bəs qədəri və şumercə ni – verir, mükafatlandırır, yaxud ni – mənim sözlərindən ibarətdir. Ad (Allah) mükafatlandırır, yaxud qədəri (allahın) mənasındadır.
K a k i a – Er. əv. 520-ci ilə aid bir mənbədə Midiyada Kaki adlı şəxs qeyd olunur. E. A. Qrantovski bu adları İran mənşəli saymış və əfqan dilindəki kaka, Qaqa sözü ilə bağlamışdır[10], Prof. Q. Qeybullayev isə qeyd edir ki, ümumiyyətlə, İran dillərinin heç birində qaqa sözü yoxdur və əfqan dilində də bu söz türk mənşəlidir. Şumercə kiak (a) – sevimli sözündən ola bilər. Türkcə qaqa – böyük qardaş deməkdir və bu söz hunlarda Aq – Kaqa[11], oğuzlarda Əmir Kakaş[12] adlarında əksini tapmışdır.
K u n d a ş p – İ. M. Dyakanov bu adda farsca əsb – at sözünün əks olunduğunu söyləmişdir[13]. Bu fikri E. A. Qrantovski də bəyənmişdir[14]. Qədim türkcə qun – knyaz, yaxud gün – günəş ziyası[15], daş – həmrəy, yoldaş (qardaş, yoldaş, sirdaş sözlərində olduğu kimi) və – bi, pi – başçı, knyaz, şahzadə[16] sözlərindəndir. Oğuznamə də Gün xan, skiflərdə Qnur (yazılışı yunancadır, qun və tükcə uri – övlad, varis, oğul[17] sözlərindən), Kitabi Dədə Qorqudda Qonur (əslində Qunur kimi oxunmalıdır) Qoca, oğuzlarda XII əsrdə Gün –Toqdı[18], qazaxlarda Kunsulu, başqırdlarda Kunpılu (gün kimi gözəl) qadın adları ilə müqayisə oluna bilər.
K u ş t a ş p i – Türkcə kuş (quş), daş və "pi" sözlərindəndir. Türklərdə şəxs adlarında kuş sözü adətən qartal, alıcı quş, şahin mənalarındadır: Kuş –Təqin (Xarəzm hakimi, XIII əsr) və b. Ehtimal ki, Anqa quşu (bu quşun adı klassik Azərbaycan ədəbiyyatında tez –tez çəkilir) nəzərdə tutulur.
B u r i y a ş – Mənbədə Yanzi –Buriaş kimi qeyd olunur. Yanzi sözünün qədim türk dilində hakim mənasında işləndiyi məlumdur.[17] Mənbədə göstərilir ki, Yanzi –Buriaş Şurdir qalasının hakimidir. Bu çarın adı türkcə böru-canavar, qurd və eş – kimi sözlərindəndir. Bu adın Buri və aş komponentlərindən ibarət olması onunla təsdiqlənir ki, türk monqollarda Buri şəxs adı vardı. Məsələn, Çingiz xanın nəvələrindən biri Buri adlanırdı. Albaniyada V əsrdə Pyorik (yazılışı ermənicədir), XII əsrdə oğuzlarda Qok-Bori, XIII əsrdə Xorasanda Burabaş[19] şəxs adları ilə müqayisə olunur.
Ş u l u s u n – Şumercə şuluh- təmizlənmiş, saflanmış (məsələn, şumercə Şuluh-bi-uru məbəd şəhərin saflaşmasıdır) və şunu – onların sözlərindən. Belə olduqda ad Onların (yəni allahların) saflamasıdır (təmizləməsidir) mənasını verir.
D a d a – E. A. Qrantovski bu şəxs adını fars dilindəki dadən – vermiş, törənmiş feli ilə bağlayır[20]. Türkcə dədə – ustad, ağsaqqal sözündəndir (məsələn, Dədə Qorqud, Dədə Ələsgər və s.). Erkən orta əsrlərdə uyğurlarda Daday[21]. V əsrdə Mərkəzi Asiyada Cucan xaqanı Datan, türk runi yazılarındakı Dad Древнетюркский словарь, М., 1969, səh 158 şəxs adları ilə müqayisə olunur. Şah İsmayıl Xətainin köməkçisi, qızılbaş bəylərindən birinin adı Dədə bəy (yaxud Əbduləli bəy Dədə), XVI əsrdə Şirvan hakimi Arasxanın oğlunun adı Dədə xan idi. Er. əv. VI əsrin 20-ci illərində Midiyada da Dataş şəxs adı məlumdur[22].
N i k d i a r – Makna hökmdarı Şarsinin atasının adı. Şumer allahı Enki adından, şumercə du – yaxşı və ara (ərə) – qul sözlərindən ibarətdir. Enki (allahının) yaxşı qulu, ya da şumercə ni (k) şey, mülkiyyət, di – tikmək və ara – qul sözlərindən ibarət teofor ad olub (Allaha) şey (bina, məbəd) tikən qul mənasındadır.
U d a k i – Ad şumer dilində Utu – Günəş tanrısı və ku – qismət, pay sözlərindən ibarət olmaqla Utu tanrısının (verdiyi) pay mənasındadır. Şumer dilində ku sözü həm də mən mənasında olduğuna görə ad Mənim Utu (tanrım) kimi izah oluna bilər. Başqa bir fikrə görə bu ad şumercə atahku – kömək edən qüvvə sözündəndir.
E r i s i n – İ. H. Əliyev hürritmənşəli ad sayır[23]. Şumer dilində ere – qul (İ. M. Dyakanova görə, mənşəcə akkad dilinə mənsub bu söz er. əv. 3000–2800-cü illər arasında şumer dilinə keçmişdir) və Sin (Allahın adı) sözlərindən ibarətdir. Ad Sin (tanrısının) qulu mənasındadır. Şumercə Bursin Sin tanrısının uşağı şəxs adı ilə müqayisə edilə bilər. Adı başqa cür də izah edirlər. Türkcə ər (monqolca ərə) – kişi, igid, döyüşçü və oxşarlıq, bənzərlik bildirən sin, şin sözlərindəndir. Uyğur xaqanlığının xanı Buku – Çin[24], XIII əsrdə monqollarda Ərkəsin (türkcə ərk – iradə, güc, qüdrət, yaxud ərkə – mehriban, riqqətli, lətif[25] və sin sözlərindən); Türkmənistanda monqol canişini Sankli – Sin История Туркменской ССР, том 1, Ашхабад, 1955, səh 320 adları ilə eynidir. Ad igid təki, döyüşçü kimi mənalarındadır. Y. B. Yusifov eyni sözlərə əsaslanaraq adı cəsur ər kimi mənalandırır Юсифое Ю. Б. Историческая антропонимия Азербайджана. Ономастика Узбекистана. Ташкент, 1989, səh 146.
Ş a r s i n – Q. Qeybullayevə görə bu şəxs adındakı Şar komponentinin şumerlərdə Şar tanrısının (Umma şəhərinin tanrısı), (bu sözü şumer dilindəki şar dairə, yumru sözü ilə qarışdırmaq olmaz. Azərbaycan dilindəki şar – yumru, dairəvi sözü ilə şumercə şar sözünü eyni sözdür), yaxud akkad mənşəli Sar – çar sözü ilə müqayisə olunması mümkündür. Bu adın Şar sözü Urartunun Sardur şəxs adındakı "Sar" sözü ilə eynidir (Sar və şumercə tur oğul sözlərindən). Adın Sin komponenti də şumer – akkad mənşəli Sin – Ay ilahəsi sözü olaması güman edilir və bütünlüklə Şarsin (yaxud Sarsin) Sin (ilahəsi) – çardır mənasını verir.
T e l u s i n – Y. B. Yusifov bu adı Altayda erkən orta əsrlərdə Tele tayfasının adı ilə bağlamış və onu Tele (tayfasının) adamı kimi mənalandırmışdır.[26] Q. Qeybullayevə görə, bu ad qədim türkcə telu – "qoçaq", "cəsur"[27] (azərbaycanca "dəli", məsələn Kitabi Dədə Qorqudda Dəli Qarcar) və Sin "tanrı"sözlərindəndir. Bu adın Birinci komponenti türk dillərindəki tuluy – "çalağan quşu", "alıcı quşu" (Kitabi Dədə Qorqudda tulu – "qırğı") sözündəndir. VI əsrdə Altayda türk xaqanı İbn Tulu[28] VII əsrdə türk bolqarların xanı Dulu (Tulu), VII əsrdə Altayda Şibi xaqanın oğlu Tuli[29], Çingiz xanın oğlu Tuluy adları ilə müqayisə olunur.
A h ş e r i – Fars dilindəki hşaya – "hökmranlıq" ("şah" sözü də buradandır) sözü ilə əlaqələndirilmişdir[13]. Türkcə akiş – bir yerə yığış, dəstə, toplantı[30] və ər – kişi, igid, döyüşçü sözlərindəndir. Axşeri – dəstənin əri yaxud igid dəstə başçısı mənasını verir. Və ya şemercə akeş – onun ucbatından, onun xatirinə və ərə – qul sözlərindəndir. Teofor adlardan olmaqla (Allahın) xatirinə qul mənasındadır.
İ r a n z u – Bu ad iki cür izah olunur: 1) türkcə ər – "kişi", "igid" və kassi dilindəki yanzi – "çar", "hakim sözlərindən; 2) türkcə ərən – "cəsur", "mərd"[31] sözü (ərən "döyüşçü" sözü şumer dilində də vardı) və şumercə zu – "müdrik" [32] sözlərindən ibarət olmaqla müdrik ərən mənasındadır.
U l l u s u n u – Prof. Q. Qeybullayeb qeyd edir ki, bu şəxs adında -l səsinin qoşalaşmasının səbəbi aydın deyil. Əgər bu səs assur dilində qoşalaşmayıbsa, onda ullu komponenti qədim türkcə ulla – hörmət olunan, hörmətlə yanaşılan, sayılan[33] sözünün fonetik şəkli ola bilər. Asurca yazılışda bu sözdə l səsi qoşalaşdırılmışsa, onda bu ad türk dillərindəki ulu (q) – məğrur, vüqarlı, qüvvətli[34] və sun – keşikçi, nəzarətçi[35] sözlərindən ibarətdir. XIII əsrdə türk xaqanı Uluq[36] , VIII əsrdə qırğızlarda Əren – Uluq xaqan[37], Çingiz xanın nəvəsi Uluqbəy adları ilə müqayisə olunur. Y. B. Yusifov adı türkcə ulu – böyük əzəmətli sözü əsasında "Böyük adam" kimi izah edərək onu hökmdar ləqəbi və ya rütbəsi hesab edir[38]
L a r k u t l a – Şumercə la – çatışmır, ara – qul və Utu (tanrı adı) sözlərindən ibarət olub Utu (ilahəsinə) qul çatışmır mənasındadır.