Manora qalası

Manora qalasıDebal qalası kimi də tanınır; Talpur sülaləsi tərəfindən 1797-ci ildə Karaçi limanının mühafizəsi məqsədilə tikilən qala.[1]

Manora qalası
Ölkə
Yerləşir Kəraçi
Tikilmə tarixi 1797

Kəraçi limanının mühafizəsi məqsədilə inşa edilib. Manora çox da böyük olmayan yarımadadır. Sahəsi 2,5 km²-dir. Karaçi limanından cənubda yerləşir.

Bu qala 1839-cu ildə ingilislər tərəfindən ələ keçirilir və bununla da Karaçi ingilislərin nəzarəti altına düşür. Manora qalası Talpur sülaləsi tərəfindən 1797-ci ildə limanın mühafizəsi məqsədilə tikilib.

Bu liman vasitəsilə Oman və Bəhreynlə ticarət əlaqələri saxlanılırdı. Qala 90–110 fut hündürlükdə qaya üzərində tikilib, kiçik məscidi və dairəvi qülləsi də var idi. Qaladan Karaçi limanını təhdid edən və XIX əsrin əvvələrində ona hücumlar edən Qasimi piratlarına qarşı qorunmaq məqsədilə istifadə edilib.

Ost-Hind şirkəti Fars körfəzi üzərində nəzarətə yiyələnmək üçün piratları bəhanə edərək bu qalaya hücum etmişdir. 1839-cu il 1 fevral tarixində "Vellesli" Britaniya gəmisi Manora adasına lövbər atdı. 3 fevralda qalaya atəş açıldı. Britaniya qoşunları qalaya hücum edəndə məlum oldu ki, qalanı 4–5 nəfər qoruyur və onların da silahı yox idi ki, cavab atəşi açsınlar. Buna görə qala asanlıqla ələ keçirildi və Karaçi ingilislər tərəfindən işğal edildi. Qala ələ keçirldikdən sonra Karaçi limanının kapitanının iqamətgahı kimi istifadə edildi. 1865-ci ildə qalada Müqəddəs Paul kilsəsi tikildi.[2] 1888-ci ildə köhnə qalanın böyük hissəsi bərpa edildi və oradakı qüvvələr möhkəmləndirildi.[3] 1889-cu ildə ingilislər tərəfindən Karaçi limanına yaxınlaşan gəmilərə kömək məqsədilə mayak tikildi. 1947-ci ildə Pakistan müstəqillik əldə etdikdən sonra Manora qalası hərbi-dəmiz qüvvələrinin əsas bazasına çevrildi. Həmin vxtdan etibarən Manora adası hərbi şəhərcik kimi istifadə edilir. Bu adadan 250 km aralıda Ormarda Cinnə hərbi-dəniz bazasının açılışı ilə Manor qalasındakı hərbi-dəniz gəmilərinin yarısı oradan Cinnəyə köçürüldü. Manora — Debal qalası hazırda Pakistan dəniz piyadalarının əsas qərargahı kimi bu gün xidmət göstərir.

  1. [1] Arxivləşdirilib 2021-11-30 at the Wayback Machine Manora Light House and Fort [Karachi].
  2. Murray (Firm), John; Eastwick, Edward Backhouse (1881). Handbook of the Bombay Presidency: With an Account of Bombay City. John Murray. p. 385
  3. "Baillie, Alexander Francis (1890). Kurrachee: (Karachi) Past, Present and Future. Thacker, Spink". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.