Manora[1][2] və ya Manoro (urdu جزیرہ منوڑا) — elə də böyük olmayan (2.5 km²), Pakistanın Sind vilayətinə daxil olan Kəraçi şəhəri yaxınlığında yerləşən yarımada. Yarımada materiklə 12 kilometrlik bərzəxlə birləşir. Manora və qarışıq adalar Kəraçi limanının ətrafında qoruyucu baryer rolunu oynayır. Limanın qərbində yerləşən buxta sahilində, yarımada ilə Senspit adasında yoxa çıxmaq üzrə olan manqrov meşəsi vardır. Şərqində Kiamari və Klifton adlı çimərlik yaşayış məntəqələri vardır. Salehabad yarımadada yerləşən qədim balıqçi kəndidir.
Manora yarımadası | |
---|---|
Yerləşməsi | |
24°48′ şm. e. 66°58′ ş. u.HGYO | |
Akvatoriya | Hind okeanı |
Ölkə | Pakistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kəraçi və onunətrafında yerləşən yarımada hər zaman trateji əhəmiyyət daşımışdır. Bir çox traktatlarda onun adı çəkilir. Makedoniyalı İskəndər Vavilona yürüşü yarımadada yerləşən qədim Krokola limanından başlamışdır. Yarımadanı Osmanlı imperiyasıtəbəsi olan admiral Seyd Əli-rəyis ziyarət etmişdir. O, bu səyahətindən bəhs edən "Ölkələrin güzgüsü" adlı kitabını dərc etmişdir. Qədim Deval şəhərinin bir hissəsi yarımadada yerləşirdi. XVIII əsrdə Kəraçi ilə Bəhreyn və Omanla ticarət əlaqələri qurularkən yarımadada kiçik liman inşa edilmişdir. 1839-cu ildə liman Britaniyaların hücumuna məruz qalır. Liman tamamən dağıdılmışdır. Bununla belə hazırda ərazi Pakistan hərbi dəniz qüvvələrinin bazası rolunu oynayır. Burada mövcud olan mayak 1889-cu ildə inşa edilmişdir. Mayak britaniya müstəmləkəçiliyinin sanki göstəricisidir.
Hazırda yarımadada artıq 50 ildir ki, Pakistan donanmasının bazası rolunu oynayır. Gəmilər yarımadanın şərq sahilinə yan alırlar. 2000-ci ildə Ormarada Cinna hərbi dəniz bazasının inşasından sonra gəmilərin böyük hissəsi yarımadadan çıxarılmışdır.
Manora turistlər arasında ən məşhur bölgə olmasının səbəbi sahilinin çimərliklərdən ibarət olmasıdır. Qumlu çimərlik yarımadanın sahillərindən tutmuş onu materiklə birləşdirən bərzəxin kənarları ilə Hoki çimərliyinə qədər uzanır. Bununla belə bölgədə hələ də otellər yoxdur. Bu səbəbdən Pakistan hökuməti buranı turizm bölgəsinə çevirmək istəyir. Hətta infrastrukturun inkişafına yönəlik tədbirlər görməyi tüşünür.
Bunla yanaşı yarımadada Şri Varun Dev Mandir adlı hindu məbədi vardır. azırkı tikili 1917-18-ci illərdə tikilməsi ehtimal edilir. Bununla belə onun dəqiq tikilmə yaşı bilinmir. Ancaq əfsanəyə görə məbədi XVI əsrdə varlı dənizçi ailəsi inşa etdirmişdir. Onlar yarımadanı Xana Kalatadan yarımadanı və sahil ərazisinin bir hissəsini satın almışdır. Hazırda məbədin duzlu dəniz küləklətinin təsiri ilə dağılması müşahidə edilir. Ancaq Pakistanda yerləşən hindu konsulluğu onun bərpasını öz üzərinə götürmüşdür[3].
Yarımadada müstəlif etnik quruplar yaşayır. Onlar arasənda Pəncablılar, Sindxlər, Kəşmirlilər, Seraiklər, Puştular, Bəlucları görmək mümkündür. Onların 99 % müsəlmandır.