Manqrlar və ya Manqrovlar

Manqrlar və ya Manqrovlar[redaktə | mənbəni redaktə et]

Manqrlar və ya Manqrovlar (ing.mangrove)-ekvatorial və tropik qurşaqlarda düzən dəniz sahillərinin qabarma-çəkilmə zolağında yerüstü nəfəs kökləri olan alçaqboylu (10 m-ə dək) həmişəyaşıl halofit ağac və kolluqlardan ibarət cəngəlliklərə deyilir. Manqrlar senozuna 60-dan çox endemik ağac və kol bitki növləri daxildir. Manqrlar mərkəzi Amerikanın, Afrikanın, Cənub-Şərqi Asiyanın, Şimali Avstraliyanın və Okeaniya adalarının sahilboyunda geniş yayılmışlar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, S.B. Məmmədov, Y.Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.