Manuel de Falya

Manuel de Faya (23 noyabr 1876[1][2][…], Kadis, Əndəlüs[3][4][…]14 noyabr 1946[3][1][…], Alta-Qrasiya[d], Kordoba əyaləti[d][4][5]) — ispan bəstəkarı, pianoçu.

Manuel de Falya
Manuel de Falya
Ümumi məlumatlar
Doğum adı Manuel de Falya
Doğum tarixi
Doğum yeri Kadis, İspaniya
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Alta-Qrasiya, Argentina
Dəfn yeri Kadis, İspaniya
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu, şair
Janrlar orkestr, klassik musiqi
Musiqi aləti fortepiano
Təhsili Madrid konservatoriyası
Üzvlüyü
  • San-Fernando Kral Zərif Sənətlər Akademiyası[d]
Mükafatları Fəxri Legion ordeni, Alfonso X Mudroqo Böyük xaç ordeni
manueldefalla.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anası Kataloniyadan, atası isə Valensiyadandır. İlk musiqi dərslərini fortepianoda anasından almışdır. 1889-1895-ci illərdə Madriddə X.Traqodan fortepiano musiqiləri öyrənmişdir. 14 yaşında Faya artıq kamera-inustrumental ansambl ücün musiqilər yazmağa başlamışdır. 1896-cı ildə Madrid Konservatoriyasna daxil olmuşdur. Onun əsas müəllimi Felipe Pedrel olmuşdur. 1907–1914-cü illərdə Parisdə yaşamış, K.Debyussi, J.Ravel, P.Dyuka, İ.Albenis, P.Pikasso ilə tanış olmuşdur. 1919-cu ildə Madrid şəhərindən İspaniyanın Qranada şəhərinə köçmüşdür. Burada Fedriko Lorka və onun dostları ilə tanış olmuşdur. 1926-cı ildə Fayanın doğulduğu şəhərdəki teatr onun adına adlandırılmışdır. 1939-cu ildə İspaniyada Respublikaçılar məğlub olduqdan sonra Faya Argentinada yaşamış və 1946-cı ildə orada vəfat etmişdir. 1947-ci ildə onun nəşinin külü doğulduğu Kadis şəhər qəbiristanlığında dəfn edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

14 yaşında Faya artıq kamera-inustrumental ansanbl ücün musiqilər yazmağa başlamışdır. 1896-cı ildə ilk musiqi pyeslərini yazmışdır. "Qısa ömür" (1905, tamaşası 1913) operası ilə məşhurlaşmışdır. Faya pianoçu kimi konsertlərdə çıxış etmişdir. "Füsunkar məhəbbət" (1915), "Üçkünc şlyapa" (1919) baletləri, opera, balet-pantomima və kukla tamaşaları elementlərinin vəhdətinə əsaslanan "Maestro Pedronun balaqanı" (1923) əsəri, fortepiano ilə orkestr üşün "İspaniya bağlarında gecələr" (1915), fortopiano üçün "Beti fantaziyası"(1919), klavesin və beş alət üçün konserti (1924), fortepiano pyesləri və mahnıları məşhurdur. Faya üçün Qərbi Avropa musiqi nailiyyətləri ilə milli musiqi ənənələrinin sintezi səciyyəvidir.[6]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Manuel de Falla // Nationalencyklopedin (швед.). 1999.
  3. 1 2 Фалья Мануэль де (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 https://wepa.unima.org/en/manuel-de-falla/.
  5. Archivio Storico Ricordi. 1808.
  6. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.