Manvel Vasili Yeqiazaryan (9 aprel 1960[1], Nemətabad, Yevlax rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.
Manvel Yeğiazaryan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 aprel 1960[1] (64 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
|
9 aprel 1960-cı ildə Nemətabad kəndində anadan olub.
1989-cu ildə "Arabo" könüllülər dəstəsini yaradıb. 1989–1994-cü illərdə Yeğeqnadzor, Qafan, Basarkeçər və Qondarma Dağlıq Qarabağ Respublikasında Şaumyankənd, Buzluq, Erkəc, Manaşid, Getaşen, Xocalı, Malibəyli, Ağdərə, Kərmiravan, Marağa, Mağavuz, Talış, Laçın dəhlizi, Şuşa, Kəlbəcər (Ömər aşırımı) döyüşlərində iştirak etmişdir[2].
Ermənistan Ali Sovetinin deputatı idi.
Ermənistan Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni, Qondarma Dağlıq Qarabağ Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni və "Artsax igidlərinə analıq təşəkkürü" xatirə medalı ilə təltif edilmişdir.