Maqnezit – Mg [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Maqnezit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
MgCO₃ |
Strunz təsnifatı | Vb/A.02[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Sıxlıq | 2,96 ± 0,01 q/sm³[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Ferromaqnezit (7,5%-dək FeO).
Rəng – ağ, bozumtul, sarımtıl, qəhvəyi, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, bəzən qeyri-şəffaf; Sıxlıq – 2,9-3,1; Sərtlik – 4,0-4,5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; sıx farforabənzər aqre-qatlarında – qabıqvari; Morfologiya – kristallar: nadir rast gələn romboedrik; Mineral aqreqatları: massiv, sıx, dənəvər, farforabənzər, torpaqvari.
Hidrotermal maqnezit dolomit və dolomitləşmiş əhəngdaşlarının metasomatik əvəzlənməsi məhsuludur. Hiperbazitlərin hidrotermal dəyişilmə prosesində isti karbonat məhlullarının təsiri zamanı olivin və piroksenlərin hesabına əmələ gəlir. Mineralın infiltrasion yataqları ultraəsasi süxur massivlərinin kimyəvi aşınması zamanı formalaşır. Çökmə maqnezit duz- və gips saxlayan süxur qatlarında qeyd edilir. Mineralın metamorfik əmələgəlmələri kristallik magnezial şistlər üçün adidir. Birlikdə rast gəldiyi minerallar: dolomit, kalsit, kvars, xalsedon, opal, barit, talk, serpentin, gips, halit və b. Mineralın tapıldığı yerlər: Radenşteyn və Kraubat (Avstriya); İtaliya; İspaniya; Satkin və Xəlilov yataqları (Rusiya); Kvebek (Kanada); Kaliforniya, Nevada, Nyu-Meksiko ştatları (ABŞ); Salem (Hindistan) və b. Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitləri içərisində yerləşən bir sıra kiçik maqnezit təzahürləri vardır.
Yandırılmış maqnezit 3000°C temperaturadək dayanıqlı olan yüksəkodadavamlı material kimi metallurgiyada, həmçinin abraziv sənayesində və tikintidə istifadə edilən Sorel sementinin istehsalında tətbiq edilir. Kimya, keramika, kağız, rezin, əczaçılıq və başqa sənaye sahələrində də istifadə edilir.