Maqomed Abueviç Sulayev (çeç. Сулаев, Магомет Абуевич; 20 sentyabr 1920, Qoytı – 11 noyabr 1992) — məşhur çeçen yazıçısı, şairi, həkimi, Çeçenistan-İnquşetiya Yazıçılar İttifaqı və SSRİ Yazıçılar İttifaqının üzvü.
Maqomed Abueviç Sulayev | |
---|---|
çeç. Сулаев, Магомет Абуевич | |
Doğum tarixi | 20 sentyabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 1992 (72 yaşında) |
Fəaliyyəti | yazıçı, şair, cərrah, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1943–1992 |
Əsərlərinin dili | çeçen və rus |
İstiqamət | realizm |
Janrlar | hekayə, povest[d], roman |
Üzvlüyü |
Maqomed Sulayev 20 sentyabr 1920-ci ildə Çeçenistanın Qoiti kəndində anadan olub. O, 1933-cü ildə kəndlərində ümumtəhsil məktəbini bitirmişdir. Sonradan Bakı fəhlə fakültəsində təhsil almışdır. 1941-ci ildə isə Maqomed Sulayev Bakıda Azərbaycan Tibb İnstitutunun məzunu olmuşdur. Universiteti bitirdikdən sonra M.Sulayev Çeçenistana qayıdır. Respublikanın və Qroznı şəhərinin rayon xəstəxanalarının baş həkimi kimi çalışır.
Sulayevin ədəbi yaradıcılığının başlanğıcı gənclik dövrünə təsadüf edir. O, ilk şeiri "Çeçen mahnısı"nı 1939-cu ildə 15 yaşında yazıb. 1943-cü ildə ilk böyük əsərini - Sovet İttifaqı Qəhrəmanı Xanbaba Nurədilovun şücaətinə həsr olunmuş "Günəş qalib gələcək" poemasını yaratmışdır. Deportasiya illərində 1944-cü ildən 1957-ci ilə qədər M.Sulayev Qazaxıstan SSR Cambul vilayətinin Cambul rayonunun rayon xəstəxanasının müdiri, vilayət xəstəxanasında psixiatr işləmişdir. Çeçenlərin və inquşların deportasiyası illərində o, yazmağa davam etsə də, əsərləri çap olunmurdu. Yalnız vətənə döndükdən sonra onun əsərləri nəşr olunmağa başlandı. Belə ki, 1958-ci ildə onun “Məhəbbət nəğmələri” adlı ilk şeirlər toplusu, bir ildən sonra “Ölülərin dirçəlişi” hekayə və esselər toplusu işıq üzü gördü. O, vaxtdan M.Sulayev hər iki janrda uğurla yazmağa başlamışdır.[1]
Sulayev şair-lirikdir. O, müasir şəxsin mənəvi dünyasını, hiss və düşüncələrini məharətlə açır. Onun poeziyasında insanın taleyi, cəmiyyət qarşısındakı vəzifəsi haqqında çoxlu fikirlər var. “Vətənin şəfəqləri” Sulayevin ikinci şeir toplusudur. Buraya daxil olan əsərlərdə şair doğma xalqının dünyagörüşünün dərin obrazına can atır. “Lenin və xarici qonaq”, “Xoşbəxtliyin açarı” kimi süjetli poemalar müəllifin böyük ictimai əhəmiyyət kəsb edən mövzuları dərk etdiyini göstərir.[1]
Sulayev 1963-cü ildən Sov.İKP üzvü olmuşdur. O, 1943-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir.
Maqomed Sulayev ixtisasca həkim idi. O, respublika xəstəxanasında cərrah və respublika Səhiyyə Maarif Evinin baş həkimi kimi çalışıb.[2] Sulayev həkimlik təcrübəsini ədəbi fəaliyyətlə birləşdirib. O, şeir və roman yaradıcılığı ilə yanaşı ədəbi tənqid sahəsi ilə də məşğul idi. Onun 1968-ci ildə “Oktyabrda doğulanlar” ədəbi-tənqidi məqalələr toplusu nəşr edilmişdir. Elə həmin il onun “Ürəkdən qığılcımlar” adlı yeni şeirlər toplusu işıq üzü gördü. Ümumilikdə onun onlarla şeiri, nəsr əsəri və tənqid toplusu nəşr olunub.[3]
Maqomed Sulayev müxtəlif medallarla, təşəkkürnamələrlə təltif olunub. O, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar həkimi fəxri adını almışdır.[1]
çeçen dilində
rus dilində