Urus-Martan rayonu (çeç. Хьалха-Мартанан кӏошт[4]) — Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu).
Urus-Martan rayonu | |
---|---|
Хьалха-Мартанан кIошт | |
43°05′ şm. e. 45°32′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Urus-Martan[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 30 noyabr 1922 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87145 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati mərkəzi Urus-Martan şəhəridir.
Rayon Çeçenistan Respublikasının cənub-qərb hissəsində yerləşir. Şimalda Qroznı rayonu və Qroznı şəhər dairəsi, şərqdə - Qudermes rayonu, şərqdə Şali və Şatoy rayonu, cənubda İtum-Kali rayonu, qərbdə Açxoy-Martan rayonu ilə həmsərhəddir. Rayonun sahəsi 1138.81 km² -dir (1 yanvar 2020 -ci ilə qədər 649.15 km² olmuşdur). Ərazinin qərbdən şərqə 29 km, şimaldan cənuba 31 km-dir.
Urus-Martan rayonu 30 noyabr 1922-ci ildə qurulur.
1 avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Çeçen-İnquş Muxtar Vilayətində mərkəzi Qrozmı şəhəri olan Qroznı rayonu qurulması haqqında qərtara verilir. Ütəlik bura Urus-Martan rayonunun Berdıkel, Çeçen-Aul, Novıye Aldı və Alxan-Kala kəndləri daxil edilir[5].
1944-cü ildə Çeçenlərin və inquşların deportasiyası və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvindən sonra Urus-Martan rayonu Krasnoarmeyski rayonu adlandırılır.
1957-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpası ilə rayon əvvəlki adına qaytarılır.
1 yanvar 2020-ci ildə Starıye Ataqi kəndi ilə Grozni rayonu ərazisinin bir hissəsi, eləcə də Akçoy-Martan rayonunun Staro-Akçoy kənd yaşayış məntəqəsinin ərazisinin bir hissəsi Urus-Martan rayonuna verilir.
Rayonda 12 yaşayış məntəqəsi var. Statistikaya görə 1 sentyabr 1997-ci il tarixinə əsasən əhalinin sayı 107 993 nəfər olmuşdur. Ən böyük yaşayış məntəqəsi Urus-Martan şəhərindədir.
Rayon ərazisində ümumi əhalinin 40,09 % şəhərlərdə yaşayır (Urus-Martan).
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir [6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 118 502 | 98,27 % |
ruslar | 925 | 0,77 % |
digərləri | 784 | 0,65 % |
bildirməyənlər | 374 | 0,31 % |
ümumi | 120 585 | 100,00 % |
Kənd təsərrüfatı təyinatlı 29918 hektar, sənaye təyinatlı isə isə 3 hektar ərazi istifadədədir. Su təchizatı xətlərinin uzunluğu 210 km, telefon xətləri 67 km, qaz kəməri 325 km, təsərrüfat yolları isə 128 km təşkil edir.
Rayonun inzibati sərhədləri daxilində ümumi torpaq sahəsi 64915 hektardır ki, bunun da 37962 hektarı sovxozların istifadəsindədir. Rayon ərazisindəki Qoslesfond torpaqları 24.175 hektar ərazini tutur.
Rayonun bütün təsərrüfatları çoxşaxəlidir. Urus-Martan rayonunun əsas təsərrüfat istiqaməti bitkiçilik və meyvə-tərəvəz istehsalıdır.
Rayonun ərazisində 31 orta məktəb, bir internat məktəbi, pedaqoji kollec və sürücülük məktəbi vardır.