Marçayevo zirvəsi (bolq. връх Мърчаево, ‘Vrah Marchaevo’ \'vr&h m&r-'cha-e-vo\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1100 m hündürlüklü qaya zirvəsidir. Zaqreus silsiləsinə daxildir. Hektoriya buzlağından şimal-şərqdə, Paspal buzlağından cənub-qərbdə yerləşmişdir.[1]
Zirvə qərbi Bolqarıstanda yerləşən Marçayevo şəhərinin adını daşıyır.
Marçayevo zirvəsi 64°51′21″ c. e. 61°52′56″ q. u. koordinatlarında yerləşmişdir. Dugeryav zirvəsindən 10.9 km şimal-şərqdə, Quandari dağından 14.53 km qərbdə, Volker dağından 7.85 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.