Marş torpaqlar

İngiltərədə duzlu marş.

Marş torpaqlar dəniz sahilinin alçaq yerlərində, o cümlədən deltalarda dövrü olaraq qabarmalar və dəniz dalğalarının təsiri altında formalaşmış torpaq tipidir.[1] Marşlar çaylar, sahillərestuarilər boyunca tapılan bataqlıqlardırokeandakı qabarma-çəkilmə prosesləri nəticəsində yaranır.[2]

Marşların vəziyyəti həm təbii, həm də antropogen proseslərdən asılı ola bilər.[3] Son dövrlərdə kiçik və böyük miqyaslı insan təcrübələri marş ekosisteminin qorunmasına əhəmiyyətli dərəcədə təsir göstərən ekosistemlərdə dəyişikliklərə səbəb olub.[3] Bəzi kiçik miqyaslı dəyişikliklərə reqressiv eroziya[4] və sahilin genişlənməsi daxildir. Böyük sistem dəyişikliklərinə isə kirlənmədəniz səviyyəsinin qalxması (iqlim dəyişikliyindən) daxildir. Bu dəyişikliklərin hamısı marş bataqlıqlarına təzyiq göstərir.

Marşlara iki əsas yerdə rast gəlmək olar: sahillərdə və estuarilərdə. Sahildəki marşları sahillər boyunca, estuari marşları isə quruda, qabarma-çəkilmə zonası daxilində yerləşir.[5]

Marşlar duzluluq səviyyəsinə, səviyyəsinə və dəniz səviyyəsindən yüksəkliyinə görə təsnif edilə bilər.[2][6] Marşlar adətən dəniz səviyyəsindən yüksəkliklərinə görə aşağı bataqlıqlara və yuxarı/yüksək bataqlıqlara bölünür.[7] Şirinsulu marşlarda orta bataqlıq zonası da mövcuddur. Marşın yerləşdiyi yer onu idarə edən prosesləri, onun yaşını, rejimini və gələcək davamlılığını müəyyən edir. Suyun duzluluğuna görə marşlar şirin, şirin-duzlu və duzlu olaraq təsnif edilir.[2][5][7]

Şirinsulu marşlar duzlu su marşlarına nisbətən daha çox quru daxilində mövcud olur, lakin buna baxmayaraq, onların sahilə yaxınlığı qabarma və çəkilmənin gündəlik təsirinə imkan verir.[8] Daxili yerləşməsi marşdakı suyun böyük bir hissəsinin şirin su axınlarından qaynaqlanmasına imkan verdiyi üçün bu marşlarda duzun miqdarı azdır.[8]

Şirin sulu marşlar daha çox delta və saçaqlı tiplərinə bölünür.[5]

Tarixi meşələrin qırılması və intensiv kənd təsərrüfatı fəaliyyəti nəticəsində əmələ gəlmiş Çesapik körfəzində[9] delta tipli marşlar üzərində geniş tədqiqatlar aparılmışdır.[10]

Şirin sulu marşlar yüksək məhsuldarlığa malikdir və müxtəlif orqanizmlərin məskənidir. Burada şirin su bataqlıqlarında yaşaya bilən müxtəlif növlü bitki örtüyü, həmçinin quşları cəlb edən çoxlu sayda həşərat var.[8] Bu bataqlıqlarda ördək və qarğa kimi su quşları da yaşayır. Şirin sulu marşlar həmçinin bəzi balıqlar üçün kürü tökmə yerləri kimi xidmət edir.[8] Bu balıqlar həyatlarının çox hissəsini duzlu suda keçirir, lakin çoxalma zamanı yenidən şirin suya qayıdırlar.[8]

Şirin su bataqlıqları həm də yüksək məhsuldar ərazilərdir[11][5] və burada böyük miqdarda keyfiyyətli biokütlə yaranır.[5][12] Onlar həmçinin denitrifikasiya potensialına malik olduqları üçün[5] tullantıların təmizlənməsində də xidmət edirlər.[11]

Duzlu su marşları açıq okeana tam məruz qalmayan ərazilərdəki sahil xətlərində formalaşır. Buradakı suyun həcmi qabarma-çəkilmələrdən asılıdır. Belə marşlardakı bitki müxtəlifliyindəki fərqlər qabarma-çəkilmənin təsir həcmi və tezliyindəki fərqlərdən qaynaqlanır.[7]

Sahil marşları və ya duzlu su marşları həm də əsas sahil xətti ilə sədd adaları arasında əmələ gəlir. Bu adalar marşların sahil zolağına paralel və yaxınlıqlarında inkişaf edir.[13] Onların çoxu qabarma zamanı tamamilə su altında qalır, çəkilmə zamanı isə birbaşa materikə birləşir.[14][15]

Marş ekosistemi biomüxtəlifliyin müxtəlif qrupların dəstəkləyən yaşayış yerlərinin təmin edilməsi də daxil olmaqla çoxsaylı xidmətlər təqdim edir.[2] Marşların ərazisi kürü tökmə məkanı və qida zəncirinin aşağı hissəsində yerləşən “qidalandırıcı balıqların” evi olmaqla birlikdə, həm də köçəri quşlar üçün mühüm istirahət dayanacağı kimi xidmət edir. Bundan əlavə, bu bataqlılar ABŞ-ın Konnektikut ştatındakı marşlarda tapılan Ammospiza maritimaTringa semipalmata kimi bu ərazi üçün səciyyəvi olan quş növləri üçün yaşayış yeri təmin edir.[16]

Sahil xətləri boyunca yerləşən marşların xidmətinə həm də su hövzələri üçün mürəkkəb filtrasiya sistemi rolunu oynması daxildir.[17] Belə ki, bu ərazilər qurudan açıq hövzəyə doğru axıb gələn su axınlarının tərkibindəki çirkləndiriciləri udur və özündə saxlayır.

Antropogen təhdidlər

[redaktə | mənbəni redaktə et]

Tarixən marşların qlobal itkisi qabarma-çəkilmə prosesində məhdudiyyətlərin həyata keçirilməsi və digər drenaj fəaliyyətləri ilə əlaqələndirilə bilər.[18][19][20] Qabarma-çəkilmə prosesinin məhdudlaşdırılması üsullarına kənd təsərrüfatı torpaqlarının genişləndirilməsi lehinə beynəlxalq səviyyədə sahilyanı torpaqlarda həyata keçirilən torpaqlamalar, qabarma keçidləri və su bəndləri daxildir.[18][21][22]

Marşlardakı tarixi dəyişikliklər (antropogen fəaliyyətlə əlaqədar) bu gün onlara davamlı təsir göstərir. Məsələn, bəzi marşlar eroziya səbəbindən bataqlıqları çöküntü ilə dolduran qızıl hərisliyinə məruz qalmışdır.[23] Ağacların kəsilməsi, həmçinin bataqlıqların parçalanması və doldurulması da marşlara zərər verib.[24] Marşların antropogen fəaliyyətə həssaslığı onlarda uzunmüddət davam edən təsirlər ilə nəticələnmişdir.

Hazırda qlobal istiləşmə və iqlim dəyişikliyinin nəticəsi olan dəniz səviyyəsinin yüksəlməsi prosesi marşlar üçün əsas təhlükələrdən biridir.[25][26] Urbanizasiya ilə əlaqədar çirklənmə də marş ekosistemini təhdid altında qoymağa davam edir.[2]

Deqradasiyaya uğramış ekosistemləri bərpa etmək üçün marşların qabarma-çəkilmə prosesindəki məhdudiyyətlərin aradan qaldırılması yolu ilə bərpası onillərdir beynəlxalq səviyyədə aparılır.[18] Məqsədli və təbii bərpa təcrübələri ABŞ, Böyük Britaniya, Avropa və Kanadada qeydə alınmışdır.[18][19] Tədqiqatlar göstərir ki, marşların bərpası bitki örtüyü, biogeokimyəvi və hidroloji reaksiyalar, həmçinin vəhşi təbiətin bu prosesə reaksiyaları kimi müxtəlif amillərlə qiymətləndirilə bilər.[27][18][19]

  1. Quliyev İ. Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2004.
  2. 1 2 3 4 5 [1] Arxivləşdirilib 2010-04-03 at the Wayback Machine U.S. Environmental Protection Agency: Tidal marshes
  3. 1 2 Wasson, Kerstin; Ganju, Neil K.; Defne, Zafer; Endris, Charlie; Elsey-Quirk, Tracy; Thorne, Karen M.; Freeman, Chase M.; Guntenspergen, Glenn; Nowacki, Daniel J.; Raposa, Kenneth B. "Understanding tidal marsh trajectories: evaluation of multiple indicators of marsh persistence". Environmental Research Letters (ingilis). 14 (12). December 2019: 124073. Bibcode:2019ERL....14l4073W. doi:10.1088/1748-9326/ab5a94. ISSN 1748-9326.
  4. Schile, Lisa M.; Callaway, John C.; Morris, James T.; Stralberg, Diana; Parker, V. Thomas; Kelly, Maggi. "Modeling Tidal Marsh Distribution with Sea-Level Rise: Evaluating the Role of Vegetation, Sediment, and Upland Habitat in Marsh Resiliency". PLOS ONE (ingilis). 9 (2). 2014-02-13: e88760. Bibcode:2014PLoSO...988760S. doi:10.1371/journal.pone.0088760. ISSN 1932-6203. PMC 3923833. PMID 24551156.
  5. 1 2 3 4 5 6 Craft, Christopher; Clough, Jonathan; Ehman, Jeff; Joye, Samantha; Park, Richard; Pennings, Steve; Guo, Hongyu; Machmuller, Megan. "Forecasting the effects of accelerated sea-level rise on tidal marsh ecosystem services". Frontiers in Ecology and the Environment (ingilis). 7 (2). March 2009: 73–78. doi:10.1890/070219. ISSN 1540-9295.
  6. Pasternack, Gregory B.; Brush, Grace S.; Hilgartner, William B. "Impact of historic land-use change on sediment delivery to a Chesapeake Bay subestuarine delta". Earth Surface Processes and Landforms (ingilis). 26 (4). 2001-04-01: 409–427. Bibcode:2001ESPL...26..409P. doi:10.1002/esp.189. ISSN 1096-9837.
  7. 1 2 3 Anderson, Carlton P.; Carter, Gregory A.; Waldron, Margaret C. B. "Precise Elevation Thresholds Associated with Salt Marsh–Upland Ecotones along the Mississippi Gulf Coast". Annals of the American Association of Geographers. 112 (7). 2022-10-03: 1850–1865. Bibcode:2022AAAG..112.1850A. doi:10.1080/24694452.2022.2047593. ISSN 2469-4452.
  8. 1 2 3 4 5 "Marsh". education.nationalgeographic.org (ingilis). 2023-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  9. Pasternack, Gregory. Hydrogeomorphology and sedimentation in tidal freshwater wetlands. Backhuys. 2009. 31–40. ISBN 978-3-8236-1551-4.
  10. "Tidal Freshwater Deltas :: Pasternack". pasternack.ucdavis.edu. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  11. 1 2 Mitchell, Molly; Herman, Julie; Hershner, Carl. "Evolution of Tidal Marsh Distribution under Accelerating Sea Level Rise". Wetlands. 40 (6). December 9, 2020: 1789–1800. Bibcode:2020Wetl...40.1789M. doi:10.1007/s13157-020-01387-1.
  12. Hawman, Peter A.; Mishra, Deepak R.; O'Connell, Jessica L. "Dynamic emergent leaf area in tidal wetlands: Implications for satellite-derived regional and global blue carbon estimates". Remote Sensing of Environment (ingilis). 290. 2023-05-15: 113553. Bibcode:2023RSEnv.29013553H. doi:10.1016/j.rse.2023.113553. ISSN 0034-4257.
  13. Davis, Richard A. "Barrier Island System - a Geologic Overview." Geology of Holocene Barrier Island Systems. Berlin, Heidelberg: Springer Berlin Heidelberg, 1994. N. pag. Print.
  14. Hoyt, John H. "Barrier Island Formation". Geological Society of America Bulletin. 78 (9). 1967: 1125–1136. Bibcode:1967GSAB...78.1125H. doi:10.1130/0016-7606(1967)78[1125:bif]2.0.co;2.
  15. Kolditz, K.; Dellwig, O.; Barkowski, J.; Bahlo, R.; Leipe, T.; Freund, H.; Brumsack, H.-J. "Geochemistry of Holocene salt marsh and tidal flat sediments on a barrier island in the southern North Sea (Langeoog, North-west Germany)". Sedimentology. 59 (2). 2012: 337–355. Bibcode:2012Sedim..59..337K. doi:10.1111/j.1365-3091.2011.01252.x.
  16. Benoit, Lori K., and Robert A. Askins. "Relationship between habitat area and the distribution of tidal marsh birds." The Wilson Journal of Ornithology 114.3 (2002): 314-323.
  17. Carter, V. 1997. Technical Aspects of Wetlands: Wetland Hydrology, Water Quality, and Associated Functions. United States Geological Survey Water Supply Paper 2425
  18. 1 2 3 4 5 Roman, Charles T. Tidal Marsh Restoration : a Synthesis of Science and Management. Island Press. 2014. ISBN 978-1-59726-353-5. OCLC 952752906.
  19. 1 2 3 Byers, Stacey E.; Chmura, Gail L. "Salt Marsh Vegetation Recovery on the Bay of Fundy". Estuaries and Coasts. 30 (5). 2007: 869–877. Bibcode:2007EstCo..30..869.. doi:10.1007/BF02841340. ISSN 1559-2723. JSTOR 27654722.
  20. Zagoruichyk, Anastasiia. "Satellite images reveal global losses of tidal wetlands over past two decades". Carbon Brief (ingilis). 2022-05-12. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  21. Doody, J. Patrick. Saltmarsh Conservation, Management and Restoration. Springer Verlag. 2016. ISBN 978-94-017-7630-1. OCLC 981117846.
  22. Ganong, W. F. "The Vegetation of the Bay of Fundy Salt and Diked Marshes: An Ecological Study (Continued)". Botanical Gazette (ingilis). 36 (4). 1903: 280–302. doi:10.1086/328407. ISSN 0006-8071.
  23. Seliskar, Denise M.; Gallagher, John L. The Ecology of Tidal Marshes of the Pacific Northwest Coast: A Community Profile (ingilis). The Service. 1983.
  24. Seliskar, Denise M.; Gallagher, John L. The Ecology of Tidal Marshes of the Pacific Northwest Coast: A Community Profile (ingilis). The Service. 1983.
  25. FitzGerald, Duncan M.; Fenster, Michael S.; Argow, Britt A.; Buynevich, Ilya V. "Coastal Impacts Due to Sea-Level Rise". Annual Review of Earth and Planetary Sciences. 36 (1). 2008-04-29: 601–647. Bibcode:2008AREPS..36..601F. doi:10.1146/annurev.earth.35.031306.140139. hdl:1912/2273. ISSN 0084-6597.
  26. Chmura, Gail L. "What do we need to assess the sustainability of the tidal salt marsh carbon sink?". Ocean & Coastal Management (ingilis). 83. 2013-10-01: 25–31. Bibcode:2013OCM....83...25C. doi:10.1016/j.ocecoaman.2011.09.006. ISSN 0964-5691.
  27. Chmura, Gail L.; Anisfeld, Shimon C.; Cahoon, Donald R.; Lynch, James C. "Global carbon sequestration in tidal, saline wetland soils". Global Biogeochemical Cycles (ingilis). 17 (4). 2003: 1111. Bibcode:2003GBioC..17.1111C. doi:10.1029/2002GB001917. ISSN 1944-9224.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]