Marşal Abramyan prospekti (erm. Մարշալ Բաղրամյան պողոտա) — İrəvan şəhərinin mərkəzində yerləşən prospekt. Prospektin böyük bir qismi şəhərin mərkəzi inzibati dairəsi əeazisində yerləşir. Bir hissəsi isə Arabkir inzibati dairəsinə daxildir. Prospekt milliyyətcə erməni olan sovet sərkərdəsi İvan Xristovoroviç Baqramyanın şərəfinə adlandırılmışdır. 1970–1995-ci illərdə Dostluq prospekti olaraq adlandırılırdı[1]
Marşal Baqramyan prospekti | |
---|---|
40°11′32″ şm. e. 44°30′14″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Marşal Baqramyan rospekti İrəvan şəhərinin mərkəz hissəsinin əsas arteriya xəttini təşkil edir. Pospekt Fransa meydanından başlayaraq Dostluq meydanına qədər uzanır. Fransa meydanında isə A. A. Spendrionov adına erməni akademik opera və balet teatrı yerləşir.
Ermənistan Respublikası prezidentinin rezidensiyası və Ermənistan Respublikasının Milli Məclisinin binasının bu prospektdə yerləşməsi səbəbindən burada tez-tez mitiqlər təşkil edilir. 2015-ci ildə tsrif qiymətlərinin qaldırılması ilə əlaqədar olaraq təşkil edilən kütləvi mitinqlərdə prospekt bir necə həftə nəqliyyatın üzünə bağlı qalmışdır.
Marşal Baqramyan prospektində aşağıdakı obyektlər yerləşir:
Küçə piyada-nəqliyyyat istiqamətlidir. Üç zolaqdan ibarət olan küçə, hər nəqliyyatın hər iki istiqamətli gedişinə icazə verilir. Küçə boyunca iki metro stansiyası yerləşir. Üstəlik avtobus dayanacaqlarına sahibdir. Prospektin uzununluğu 2,2 km təşkil edir.