Marşal südləyəni (lat. Euphorbia marschalliana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Marşal südləyəni | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Marşal südləyəni |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çılpaq, göyümtül, çoxillik ot bitkisidir. Gövdələri çox sayda, qalxan, bəsit sıxyarpaqlı, 15-40 sm hündürlükdədir. Gövdə yarpaqları oturaq, ətli, uzunsov-kürəkvari və ya rombvari, tərs–yumurtavari, qaidədə pazvari, sivriləşmiş və ya iti uclu, kənarları qabırğavarı dişlidir, 10-25 mm uzunluğundadır. Sarğı yarpaqları dairəvi və ya tərs yumurtavari, 8-15 mm uzunluğunda, qısa iti uclu, sarğı yarpaqcıqları 2, dairəvi, rombvari və ya üçbucaq–böyrəkşəkilli, qaidədə zəif ürəkvari, xırda dişlidir. Qədəhcik zəngçiçəyi quruluşunda, 3-3,5 mm diametrində, ağzı iridir. Qutucuq yumurtavari-üçtilli, 5-6 mm uzunluğunda, hamardır. Toxumları uzunsov, ağ, hamar, iri konusvari-yumurtaşəkilli, iti çıxıntılıdır.
Çiçəkləmə dövrü may, meyvə əmələ gətirmə iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Kserofitdir. Orta dağ qurşağının quru, daşlı-çınqıllı yamaclarında, Astragalus hohenackeri+Acantholimon hohenackeri və Pimpinella aureum+Bilacunaria microcarpa+Satureja spicigera assosiasiyalarınının tərkibində rast gəlinir. Dərman bitkisidir.
Diabar (Lerik rayonu – Kələvəz kəndi, Qayalıq ərazi, Zərinqala, Лosmolayan, Şonaçola kəndləri, Kosmalyan-Kəlvəz-Görtəpə-Mistan-Digov dağları, Cəngəmiran kəndi ilə Pirzəkücə arası, Pirəsora kəndi); Naxçıvan düzənliyi (Babək və Şərur rayonu).
Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.
Antropogen amillər (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanma).
Yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi təklif olunur.