Marauder

MarauderAzərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyor. Bu maşın ilk dəfə 2007-ci ildə Əbu-Dabi şəhərində keçirilən İDEX hərbi-sənaye sərgisində təqdim olunmuşdur.

Marauder
Tipi Zirehli döyüş maşını
Ölkə
İstehsal tarixçəsi
İstehsalçı Paramount Group
İstehsal illəri 2008–davam edir
İstehsal sayı ~250
Xüsusiyyətləri
Ağırlığı 15 ton
Zireh Ballistik qoruma: STANAG 4569 level III
Mina qoruması: STANAG 4569 3a və 3b
Sürət 120 km/s
Ekipaj 2 + 8 sərnişin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

STANAG 3a və 3b səviyyəli zireh dözümünə malik olan “Marauder” Zirehli transportyoru 2011-ci ildə öz sinfindən dünyada ən möhkəm zirehli transpotyor elan olunmuşdur. “Marauder” kütləvi qırğın silahından müdafiə sistemi, yardımçı güc qurğusu, əldəqayırma partlayıcı maddələrin siqnallarını pozmaq üçün xüsusi mühəndis qurğusu və müxtəlif silah növləri ilə təchiz olunur. ZTR-ə -32˚ və +55˚ C temperaturda şəxsi heyətin rahatlığını təmin etmək - döyüş fəaliyyətini davam etdirə bilməsi üçün xüsusi olaraq hazırlanmış İqlim-Nəzarət Sistemi quraşdırılmışdır. Partlayış zamanı şəxsi heyəti qoruyan əlavə vasitələrdən biri də Xüsusi Formalı Oturacaqlardır. Marauder zədələnmiş təkərlə 50 km-lik məsafədə öz hərəkətini davam etdirmək imkanına sahib olduğunu sınaqlarda sübut etmişdir. Transportyorun bir neçə növü mövcuddur: PDM, Komanda Məntəqəsi, Gözətçi maşını, Mühəndis maşını, tibb avtomobili. Ekipajı 2 nəfərdən ibarət olan MARAUDER 8 nəfərlik tam döyüş təchizatlı şəxsi heyəti (xüsusi təyinatlını) daşıya bilir.

Azərbaycan Silahlı Qüvvələri “Marauder”-i 2010-cu ildən etibarən öz silahlanmasına daxil etmişdir.

Ordumuzun silahlanmasında yer alan “Marauder” zirehli transportyorun üzərindəki döyüş modulu: İsrailin Rafael şirkətinin istehsalı, “Samson” məsafədən idarə olunan döyüş modulu və ABŞ istehsalı olan 12.7 mm-lik “M2 Browning” ağır pulemyotu

– 12.7 mm “M2 Browning” pulemyotu

Kalibr: 12.7 mm

Mərmi: 12.7 x 99 mm

Atış tezliyi: 485-635 atış/dəqiqədə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 1.8 km

Maksimal atəş məsafəsi: 6.7 km

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]
Marauder istifadəçiləri

Hazırkı istifadəçilər

[redaktə | mənbəni redaktə et]
  • Əlcəzair Əlcəzair: SİPRİ məlumatlarına əsasən 2009-cu ildə 2 ədəd satın alınmışdır. Həmçinin Qazaxıstanla daha bir neçə maşının alqı-satqısı ilə bağlı danışıqlar davam edir.[1]
  • Azərbaycan Azərbaycan: Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında imzalanan müqaviləyə əsasən bu zirehli maşınların birgə istehsalı həyata keçirilmişdir.[1][2]
  • Konqo Respublikası Konqo Respublikası: 2010-2012-ci illər aralığında 52 ədəd satın alınmışdır.
  • İordaniya İordaniya: 2008-ci ildə təqribən 50 ədəd Marauder və Matador zirehli maşını sifariş verilmişdir. Əldə olunan razılaşmaya əsasən sifariş verilən bu maşınlar Paramount Group şirkətilə İordaniyanın Kral II Abdullah adına Dizayn və Tədqiqat bürosu tərəfindən birgə istehsal olunmuşdur.[3]
  • Qazaxıstan Qazaxıstan: 2013-cü ildə əldə olunan razılaşmaya əsasən Qazaxıstan 2016-cı ildən etibarən qış şəraitinə uyğunlaşdırılmış Arlan (qazax dilində mənası canavar deməkdir) zirehli maşınları ilə təmin olunmalıdır. Marauderin Qazaxıstan üçün hazırlanmış variantı olan Arlan zirehli maşınları Paramount Group şirkəti ilə Qazaxıstanın Milli Mühəndislik şirkəti tərəfindən birgə istehsal olunmuşdur.[1][4][5]
  • Malavi Malavi: 6 ədəd.[1]
  • Oman Oman: 1 ədəd.[1]
  • Sinqapur Sinqapur: 12 ədəd.[1]
  • Zambiya Zambiya: 3 ədəd.
  1. 1 2 3 4 5 6 "Trade Registers". 2010-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
  2. Guy Martin. "More details on South African arms exports for 2014". 2016-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
  3. vpo_Paramount Group. "South African designed vehicles to be made in Jordan". 2016-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
  4. Kazakhstan Paramount Engineering. "Arlan". 2016-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.
  5. Guy Martin. "Paramount opens vehicle factory in Kazakhstan". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]