Matador (kod adı Bəbir) — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyor.[1]
Matador | |
---|---|
Tipi | Zirehli transportyor |
Ölkə | |
İstehsal tarixçəsi | |
İstehsalçı | Paramount Group |
İstehsal illəri | 2008–davam edir |
Xüsusiyyətləri | |
Ağırlığı | 15,300 kq |
Zireh |
Ballistik qoruma: STANAG 4569 level III Mina qoruması: STANAG 4569 4a və 4b |
Sürət | 120 km/s |
Ekipaj | 2 + 12 sərnişin |
Vikianbarda əlaqəli mediafayllar |
CAR, Azərbaycan və Qazaxıstan tərəfindən istehsal edilir. 2008-ci ildən hal-hazırkı dövrə qədər aktiv şəkildə istifadə edilir.
Boş olarkən: 13.4 ton
Döyüş ağırlığı: 17 ton
Yük götürmə qabiliyyəti: 6 ton
Ekipaj: 2 nəfər
Desant: 12 nəfər
Uzunluğu: 7.27 m
Eni: 2.48 m
Hündürlüyü: 2.78 m
Klirens: 0.42 m
Konfiqurasiya: 4x4
Şinlərin bazası: 4.2 m
Şinlərin ölçüsü: 14.00 R20
Dönmə radiusu: 20 m
Zirehli şinlər
Dalış dərinliyi: 0.9 – 1.4 m
Xəndək keçmə: 0.85 m
Şaquli maneə keçmə: 0.5 m
Qalxma bucağı: 60% +
Ön yaxınlaşma bucağı: 33º
Arxa yaxınlaşna bucağı: 46º
Güc-ağırlıq dərəcəsi: 19.3 at gücü/ton
Meyil bucağı: 70 %
Əyim bucağı: 37 %
Mühərrik: Cummins ISBe4 turbo-dizel
At gücü: 300 a.g.
Maksimal sürət: 120 km/saat
Mənzili: 700 km
Sürətlər qutusu: 12 pilləli avtomat-tiptronik
Ötürücünün tipi: tam daimi
Asmanın tipi: Resorlu, eninə müstəqil sabit stalibizator və hidravlik amartizator
Sükan gücləndiricisi: Hidrogücləndirici
Ön əyləc sistemi: Diskli, havadəyişən
Arxa əyləc sistemi: Barabanlı
ABS: Var
Elektrik avadanlıqları : 24 V
Kondisioner: 15 kW kompressor
İkiqat kompozit zireh üstün balistik müdafiə təmin edir. Maşının balistik müdafiəsi NATO-nun STANAG 4569 Level (səviyyə) 3 (12.7x99 mm çaplı mərmi, 60 metr məsafədə 155 mm-lik mərmi partlayışı), minaya qarşı qoruması STANAG 4569 Level (səviyyə) 4A və 4B (korpusun altında 21 kq, təkərin altında 14 kq, ön və yanında isə 50 kq TNT partlayışına) səviyyəsinə uyğundur.
Bundan başqa transpartyora aktiv müdafiə sistemi və dinamik zireh əlavə etmək olar.
Üzərindəki döyüş modulu: İsrailin Rafael şirkətinin istehsalı, “Samson” məsafədən idarə olunan döyüş modulu və Rusiya istehsalı olan 14.5 mm-lik “KPVT” ağır pulemyotu.
14.5 mm “KPVT” pulemyotu
Kalibr: 14.5 m
Mərmi: 14.5x114 mm
Atış tezliyi: 600 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 1005 metr/saniyə
Atəş məsafəsi: 2 km
Maksimal atəş məsafəsi: 8 km
Təyinatından asılı olaraq zirehli maşının üzərinə digər silahlar – avtomat, qumbaraatan, tank əleyhinə raketlər, müxtəlif çaplı toplarda yerləşdirilə bilər.
Çəkisi 10,8 ton, yükgötürmə qabiliyyəti 4,5 tondur.