Mariya Manuela (15 oktyabr 1527[1][2][…], Koimbra – 12 iyul 1545, Valyadolid[3]) — Portuqaliya kralı III Conun və Kastilya şahzadəsi Avstriyalı Ketrinin ən böyük qızı. 12 noyabr 1543-cü ildə dayısı V Karlın oğlu Milan hersoqu Filiplə evləndirildi. Bu evlilikdən Karlos adlı bir oğlu olsa da, doğuşdan 4 gün sonra qanaxma səbəbilə vəfat etdi. Cənazəsi əvvəlcə Qranada Kral Şapelində dəfn olunsa da, daha sonra El-Eskorial məzarlığına köçürüldü.
Mariya Manuela | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 oktyabr 1527[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyul 1545 (17 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qanaxma |
Atası | III Con |
Anası | Avstriyalı Ketrin |
Həyat yoldaşı | |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |