Mariya Pronçişeva buxtası

Mariya Pronçişeva buxtasıLaptevlər dənizində, Taymır yarımadasının şərq sahillərində yerləşən buxta. Xatanqa körfəzindəndən 75 km şimalda yerləşir. Buxtanın uzunluğu 60 km, eni isə 3 – 10 km arasında dəyişir. Ən dərin yeri 22 metrdir. Buxtadan qərbdə Bırranqa dağları yerləşir. Bu hissədən buxtaya çaylar axır. İlin böyük qismi buzla örtülüdür. Ətrafında tundra bitkiləri yayılmışdır. İnzibati cəhətdən buxtanın böyük hissəsi Rusiya Federasiyası Krasnoyarsk diyarı ərazisinə daxildir.

Mariya Pronçişeva buxtası
rus. Бухта Марии Прончищевой
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Sahil uzunluğu 60 km
Dərin yeri 22 m
Yerləşməsi
75°38′00″ şm. e. 112°58′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Mariya Pronçişeva buxtası xəritədə
Mariya Pronçişeva buxtası
Mariya Pronçişeva buxtası
Mariya Pronçişeva buxtası xəritədə
Mariya Pronçişeva buxtası
Mariya Pronçişeva buxtası

1736-cı ildə Vasili Vasileviç Pronçişev tərəfindən kəşf edilmişdir. 1740-cı ildə isə Xariton Laptevin ekspedisiyası tərəfindən ziyarət olunmuşdur[1] Buxta uzun zaman adsız olmuşdur. Buxtada yerləşən burun 1913-cü ildə Boris Andreeviç Vilkiskinin ekspedisiyası tərəfindən Vasili Pronşiçevin həyat yoldaşı Tatyana Pronçişevanın şərəfinə adlandırılmışdır[2]. 1920-ci ildə kartoqraflar səhvən xəritələrdə qeyd olunan burnu bildirən yazını buxtanın adı olmasını zənn etmişlər. Ancaq 1983-cü ildə tələbə olan V.Boqdanov bunu aça bilmşdir[3].

Buxta sahilində qütn stansiyası vardır. Buxtaya Xatanqa qəsəbəsindən turlar təşkil edilir[4].

  1. "Владлен Троицкий. Записки Харитона Лаптева". 2013-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-29.
  2. "Первая полярная путешественница Татьяна Федоровна Прончищева". 2009-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
  3. "Василий и Татьяна Прончищевы". 2012-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
  4. "Неделя с моржами Таймыра. Путешествие в бухту Марии Прончищевой". 2008-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.