Bırranqa dağları

Bırranqa (saxa dilində bıran— təpə, dağ, silsilə) — Şərqi Sibirin ucqar şimalında, Krasnodar vilayəti ərazisində, Taymır yarımadasında yerləşən dağ sistemi. İstər Rusiya istərsə dünyanın şimal qütbünə ən yaxın dağ sistemidir.

Bırranqa
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1125 m
Uzunluğu 1100 km
Eni 80 - 200 km
Hündür nöqtəsi Lednikovaya dağı
Yerləşməsi
74°29′16″ şm. e. 96°01′43″ ş. u.HGYO
Ölkə  Rusiya
Bırranqa xəritədə
Bırranqa
Bırranqa

Dağ sustemi paralel və konusvari şəkildə silsilələr əmələ gətirir. Onların hündürlüyü 240-400 arasında dəyişir. Geniş platolarda isə hündürlük 900 metrə çatır. Silsilələr və platolar bir-birindən alcaq təpəliklərlə ayrılır. Burada dərin kanyonlar mövcuddur. Bırranqa dağları 1100 km məsafədə Kara dənizinə daxil olan Yenisey körfəzi sahillətindən başlayaraq Laptevlər dənizi sahillərinə qədər uzanır. Silsilənin ən enli hissəsi 200 km-dir. Dağlar 1736-cı ilə Vasili Pronçişevin rəhbərlik etdiyi Böyük Şimal ekspedisiyası zamanı kəşf edilmişdir.

Adının mənası

[redaktə | mənbəni redaktə et]

Bırranqa dağları ərazisinə hətta nqanaslar belə ayaq basmırdılar. Onlar bu yer haqqında deyirdilər: «Burada zalım ruhların çarlığı, daş və buz başqa hecnə yoxdur. Burada ölüm vardır». Nqanaslara görə «bırranqa» «çayların axdığı və iri daşları dolanaraq keçdiyi, mamır və şibyə ilə örtülmüş dağlardır»[1]. Bu ad ilk dəfə Aleksandr Middenforf tərəfindən xəritəyə salınmışdır.

Tarixi araşdırma

[redaktə | mənbəni redaktə et]

1736-ci ildə Vasili Pronçişev Taymır yarımadası sahillərini üzərkən şərq hissədə Bırranqa dağlarını aşkarlayır. 1739-cu ildə Xriton Laptev qışlamaq məqsədi ilə Taymırın şərq sahillərinə yan almışdı. O və onun komandası yarımadanı araşdırmağa cəhd göstərir. Bosman Medvedevin komandası Pyasin çayı vadisini araşdırır. Geodeziyaçı Nikifor Çekin it xizəklərində 1740-cı ilin aprelində Taymır gölünə çatır. Buradan isə Bırranqa dağlarını Taymır çayının vadisi ilə keçir. O, özünün gündəliyində ilk dəfə dağların mərkəzi hissəsi haqqında məlumat vermişdir. 1741-ci ilin aprel-may ayları isə Xritov Larsen Taymır çayı ilə Bırranqa dağlarını keçmişdir. Laptev isə bu hissə haqqında rəsmi məlumatı verir.[2]..

Aleksandr Middendorf - Bırranqa dağlarını dünyaya tanıdan şəxs

1843-ci ildə Bırranqa dağlarını Aleksandr Middendorf tətqiq etmişdir. Xritov Laptevin yazılarına əməl edərək tarixdə ilk dəfə Bırranqa dağlarının xəritəsini tərtib etmişdir. İlk dəfə o dağları bırranqa adı ilə xəritəyə daxil edir. Təbii ki, nqanasların verdiyi adı eyni ilə tətbiq etmişdir. 1915-ci ildə Bırranqanın cənub-qərbini Nikifor Beqiçev tətqiq etmişdir[3]. XX əsrin ortalarına qədər Bırranqa dağları olduqca zəif araşdırılır. 1950-ci ildə təsadüf nəticəsində 900 metr yüksəklikdə dağ buzlağı aşkarlanır. Buna qədər düşünülürdü ki, burada buzlaq yoxdur. 1967-ci ildə dağların əlçatmaz bölbələri tətqiq edilmişdir.

Relyefinin quruluşu

[redaktə | mənbəni redaktə et]

Bırranqa dağları Ural dağları ilə eyni dövrdə meydana gəlmişdir. Bırranqanın ərazisi üç yerə bölünür:qərbi, mərkəzi və şərqi. Qərb hissə Yenisey körfəzi ilə Pyasin çayı arasında yerləşir. Hündürlüyü 250-320 metr arasında dəyişir. Mərkəzi hissə Pyasindən Taymır çayı qədər uzanır və 400-600 metr arasında dəyişir. Taymırdan şərqdəki ərazilər isə şərq hissə adlamır. Burada hündürlük 600-1125 metr təşkil edir. Şərq hissədə müasir buzlaqlar yerləşir. Onların ümumi sahəsi 30 km² təşkil edir. Onlar 600-900 metr yüksəkliklərdən başlayır.

Uzun zaman düşünülürdü ki, silsilənin ən hündür zirvəsi 1146 metr olan Lednikovaya dağı hesab edilird. Sonradan bu zirvənin hündürlüyü 1119 olması məlum olur. Dağların ən hündür zirvəsi 1125 metr olan Lednikovayadan 100 km şərqdə yerləşən dağdır. Dağlar çoxlu sayda cərgələr əmələ gətirir. Dəniz sahili əraxilərdə sıldırımlar yaxınlığında Laqunlar meydana gəlmişdir[4].

Qağlar giı, alevrolit, çınqıl, dolerit, əhəng daşı və azda olsa mərmərə rast gəlinir. Burada daimi qrut buzların qalınlığı cənubda 200 metr, şərq hissəsə isə 300-400 metr arasında dəyişir. Bəzi hissələrində qalınlıq 1000 metrə qədər çatır. Qrunt buzlaqlarda temperatur −10 ; −15 °C arasında dəyişir. Temperaturun birdən enişi daşlarda çatlar meydana gətirir. 1960-cı illərə qədər dağ ərazisində sıx çay şəbəkəsinin olması ehtimal edilirdi. Ancaq araşfırmalar bunun əksini göstərmişdir. Cənub hissələrdə çoxlu sayda göl vardır. Ən iri gölü Taymır gölüdür. Digər gölləri: Nadudoturku, Levinsov-Lessinqa, Pronçişev gölü.

İqlimi sərtdir. Olduqca kəskin kontinentaldır. Sərt qışa və qısa yaya malikdirdir. Dolqanlar dağları «Ölülər ölkəsi» adlandırırlar. Yanvarda orta temperatur −35 °C, iyulda isə +3-5 °C təşkil edir. Yaz iyunda başlayır. Sentyabrda qış başlayır. Şərqində temperatur qərbinə nisbətdə daha soyuqdur. İl ərzində 100–400 mm arası yağıntı düşür. Yağıntının yarısı qardır. Ən çox yağıntı yaya təsadüf edir. Adədən sentyabrdan noyabra qədər və iyunda daha çox yağıntı düşür. Fevral-apreldə ən az yağıntı düən dövrdür.

Qar örtüyü ilk qarın yağmasından tutmuş mayın sonları və iyunun əvvələrinə qədər qalər. Bu müddət 270 gündür. Qar qatının qalınlığı 70-90 sm arasında dəyişir. Halbuki bəzi hissələrdə bu qalınlıq küləyin təsiri ilə 2 metrə çatır. İlin 80 günü 17 m/s təşkil edir. Qışda küləyin orta sürəti 7 m/s-dir.

Bitki və heyvanlar aləmi

[redaktə | mənbəni redaktə et]

Cənub ətəklərində tundra, şimal ətəklərində 500—700 metr yüksəklikdə arktik tundra və daha yüksəkliklərdə isə arktik səhralarbuzlaqlar yayılmışdır. Nirkayka-Tarı[5] hövzəsində dünyada şimal qütbünə yaxın ən kol bitkilərindən təşkil olunan cəngəllikdir. Koluqlar əsasən söyüdqızılağac ibarətdir. Qayalıqlarda (500–700 m) nadir hallarda şibyələrə rast gəlinir.

Ən çox yayılan kiçik canlılar arasında lemminqlər üstünlük təşkil edir. Birada onların iki növünə rast gəlinir: Sibir lemminqitəkdırnaqı lemminq. Onlar bölgədə yırtıcıların əsas qidasını təşkil edir. Burada qütb dovşanı belə görünür. Qayalıqlar yaxınlığında Ochotona hyperboreaya rast gəlmək olar.

Ən geniş yayılmış yırtıcı tülküdür. Ən irisi isə canavardır. Onlar gizli həyat sürdüyündən sayları dəqiq bilinmir. Mustela ermineaya nadir hallarda rast gəlinir.

Müşk öküzü — Bırranqa dağlarının yeni sakini

Çütdırnaqlılardan burada şimal maralıMüşk öküzü yayılmıdır. Şimal maralları aprel-may ayları Bırranq dağlarına, avqust-sentyabr ayları isə geriyə miqrasiya edir. Onların sayı on minlərlə ölçülür. Müşk öküzləri isə 1974-cü ildə ki bölgəyə gətirilmişdir. Harırda Şərq hissədə sayları daha çoxdur. 2000-ci ildə sayları 2000 baş olmuşdur. Sayları ildən-ilə artır. Əsasən Bikada çayı hövzəsində cəmləşmişlər. Dağlarda ördəklər, qazlar, Charadrii, qağayılar, qırmızıdöş qaz, sahil qağayılarıağ kəkliklərə rast gəlmək olur. Adi şimal sərçəsi Bırranqa dağlarında yuva quran yeganə quşdur (400 m).

Ərazisinin bir qismində Böyük Arktik qoruğuTaymır qoruğu yerləşir.

Faydalı qazıntıları

[redaktə | mənbəni redaktə et]

Zəif öyrənilməsi və faydalı qazıntıların çıxarılmasının çətinliyi səbəbindən buradan heç bir yeraltı sərvət çıxarılmır. Potensialı isə olduqca zəngindir. Qiymətli metallardan ən əsası qızıldır. Burada üstəlik sink, gümüş, Qurğuşun ehtiyatları vardır. Böyük ehtimal ki, burada uran belə mövcuddur.

Yanacaq tipli faydalı qazıntılar arasında zəngin daş kömürqonur kömür ehtiyatları vardır.

Mənimsənilməsi

[redaktə | mənbəni redaktə et]

Regionda yaşayış məntəqəsi yoxdur. Öndalıq və vadi ərazilərində maralçılıq inkişaf etmişdir. Burada dağ turizmi təşkil mövcuddur. İnsanlar Taymır gölünün sahilidə yerləşən qütb stansiyası mövcuddur. Dağların ərazisinə ancaq Norilsk, DiksonXatanqadan helikopterlə gəlmək mümkündür.

  1. [ölü keçid] O dağlar ki, hansıki fəth etmək olmur — [Zavolyarnaya pravda. № 55 ; 18.04.2008]
  2. "Vladlen Troiski. Xritov Laptevin qeydləri". 2013-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  3. Троицкий В. А. Географические открытия Н. А. Бегичева на Таймыре. Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine //Летопись Севера, т. 8. М., Мысль
  4. "Bırranqa dağları". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-24.
  5. По данным государственного водного реестра Ниркайка-Тари Arxivləşdirilib 2018-12-09 at the Wayback Machine (rus.)