Mariya Stüart (ing. Mary Stewart; ən geci 1428 – 20 mart 1465) — Şotlandiya kralı I Ceymsin qızı, Buken qrafinyası.
Mariya Stüart | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən geci 1428 |
Vəfat tarixi | 20 mart 1465 |
Fəaliyyəti | əsilzadə |
Atası | I Ceyms (Şotlandiya kralı)[1] |
Anası | Coan Bufort (Şotlandiya kraliçası)[1] |
Ailəsi | Stüartlar |
1444-cü ildə Niderland əsilli əsilzadə Uolfert van Borselen ilə evləndirildi. Evlilik nəticəsində Şotlandiya və Niderland arasındakı ticarət əlaqələri gücləndi. Toy mərasimi səbəbilə, qardaşı II Ceyms tərəfindən cütlüyə Buken qraflığı hədiyyə edildi. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, hər ikisi də uşaq yaşlarında vəfat etdi.