Mariya de Puatye

Antioxiyalı Mariya (fr. Marie d'Antioche) və ya Mariya de Puatye (ən tezi 1220ən tezi 1307, Kanosa-di-Puqliya[d], Apuliya) — 1268-ci ildən 1277-ci ilə qədər Yerusəlim krallığının taxtına iddiaçı. O, 1267-ci ildə ərazidə olmayan kral III Konrad adına krallığı regent olaraq idarə etmək iddiası qaldırmışdır. Onun iddiası qanuni idi, çünki kral ilə qan bağı güclü idi, lakin o, Yerusəlim Ali Sarayı tərəfindən rədd edilmiş, əvəzində III Kiprli Hüqo seçilmişdir. Konrad 1268-ci ildə vəfat edən zaman Mariya onun varisi olaraq taxta çıxmağı istəmişdir. Hüqo tərəfindən məğlub edilən Mariya sonradan Avropaya köçmüş və nəticədə iddiasını I Anjulu Karla satmışdır.

Mariya de Puatye
fr. Marie d'Antioche
Doğum tarixi ən tezi 1220
Vəfat tarixi ən tezi 1307
Vəfat yeri
Atası IV Bohemond (Antioxiya knyazı)

Mariya təxminən 1220-ci ildə anadan olmuşdur.[1] O, şahzadə IV Antioxiyalı Boemundun və ikinci arvadı Luzinyanlı Melisendanın qızı idi. Mariya anası tərəfdən Yerusəlim kraliçası I İzabellanın və kral Kiprli Amorinin nəvəsi idi.[2] Melisenda 1246-cı ildə ögey bacısı Şampanlı Alisanın ölümündən sonra, Yerusəlim krallığının azyaşlı və ərazidə olmayan kral II Konradın ən yaxın qohumu olması əsasında taxta iddia qalmışdır. Buna baxmayaraq, onun iddiası rədd edilmiş və Alisanın oğlu kral I Kiprli Henri üstün tutulmuşdur.[3][4] Mariyanın böyük ögey qardaşı olan Henri Alisanın qızı və I Kiprli Henrinin bacısı olan İzabella ilə evlənmiş, cütlüyün isə Hüqo adlı bir oğlu olmuşdur.[2] Mariya heç vaxt evlənməmiş və övladı olmamışdır.[5]

  1. Baldwin, 2014, Claimants to the Thrones of Jerusalem and Cyprus
  2. 1 2 Runciman, 1989. səh. Appendix III (Genealogical tree No. 1.)
  3. Edbury, 1994. səh. 82
  4. Riley-Smith, 1973. səh. 220
  5. Edbury, 1994. səh. 90
  • Baldwin, Philip Bruce. Pope Gregory X and the Crusades. Boydell & Brewer Ltd. 2014. ISBN 1843839164.
  • Edbury, Peter W. The Disputed Regency of the Kingdom of Jerusalem, 1264/6 and 1268. Offices of the Royal Historical Society. 1979.
  • Edbury, Peter W. The Kingdom of Cyprus and the Crusades. Cambridge University Press. 1994. ISBN 978-0-521-45837-5.
  • Runciman, Steven. A History of the Crusades, Volume III: The Kingdom of Acre and the Later Crusades. Cambridge University Press. 1989. ISBN 0-521-06163-6.
  • Riley-Smith, Jonathan. The feudal nobility and the kingdom of Jerusalem, 1147 - 1277. Macmillan. 1973.